Müharibə olsa da: Danışıqlar kəsilməyib
Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
ABŞ-nin xəbər kanalı CNN bildirib ki, ötən gecə baş verən hücumlara baxmayaraq, ABŞ ilə İran arasında aparılan danışıqlar planlaşdırıldığı kimi davam edir.
"Cebheinfo.az" xəbər verir ki, CNN diplomatik mənbələrə istinadən belə xəbər yayıb. Məlumatda qeyd edilib ki, tərəflər arasında mümkün razılaşmanın əldə olunması məqsədilə gecə boyu davam edən danışıqlardan sonra proses hələ də nəzərdə tutulduğu şəkildə irəliləyir.
Məlumata görə, ABŞ və İran arasında aparılan razılaşma danışıqları gecə ərzində keçirilən müzakirələrdən sonra da plan üzrə davam edir.
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) gecə saatlarında yaydığı açıqlamada Prezident Donald Trampın göstərişi ilə İranda yerləşən bir sıra hədəflərə qarşı “özünümüdafiə məqsədli” əməliyyatların başladıldığını açıqlamışdı.
İran İslam İnqilabı Keşikçiləri Korpusu isə ABŞ-nin hücumlarına cavab olaraq Küveyt və Bəhreyndə yerləşən bəzi ABŞ hərbi mövqelərini hədəf aldıqlarını bəyan edib.
Buna baxmayaraq, Vaşinqton və Tehran arasında davam edən diplomatik təmaslar kəsilməyib və danışıqlar prosesi hələlik dayandırılmayıb.
Nigar Hacılı
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 11 İyun 2026 15:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















