Müharibələr dövlətləri xarici siyasət kursunu yeniləməyə məcbur edir | Icma.az
Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir. Müasir dünyada gedən müharibələr artıq lokal xarakter daşımır.
Hər bir regional münaqişə qlobal sistemin müxtəlif sahələrinə birbaşa və dolayı təsir edir.
Geosiyasi güc balansının dəyişməsi, enerji və ərzaq bazarlarında qeyri-sabitlik, humanitar böhranlar və təhlükəsizlik risklərinin artması bütün dövlətləri yeni reallıqlar qarşısında qoyur.
Bəzi ölkələr münaqişələrdən geosiyasi imkan kimi istifadə etsə də, əksəriyyət iqtisadi şoklara, infilyasiyaya, qaçqın axınına və diplomatik dilemmalara məruz qalır.
Dövlətlərin davranış modeli onların iqtisadi dayanıqlığına, xarici siyasət kursuna, regional mövqeyinə və təhlükəsizlik prioritetlərinə görə dəyişir.
Məhz buna görə də hazırkı mürəkkəb beynəlxalq mühitdə müharibələrin dolayı nəticələrini anlamaq ölkələrin strateji qərarları üçün həyati əhəmiyyət daşıyır.
Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan politoloq Züriyə Qarayeva bildirib ki, müharibələr dövlətləri mövcud xarici siyasət kurslarını yenidən nəzərdən keçirməyə məcbur edir.
Bir çox ölkələr vəziyyətə uyğun olaraq tərəf seçməli olur və bu, diplomatik xəritəni dəyişir.
Tam oxu
Xəbəri oxu