Müharibənin davam edəcəyi ehtimalı yüksəkdir ŞƏRH EDİLDİ | Icma.az
Sia Az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Rusiya–Ukrayna müharibəsi ətrafında aparılan danışıqlar, təəssüf ki, indiyə qədər ciddi nəticə verməyib.
Müharibənin ilk aylarından başlayaraq tərəflər bir neçə dəfə bir masa arxasında görüşsələr də, praktiki olaraq bu cəhdlərin heç biri vəziyyətdə əsaslı dəyişiklik yaratmayıb.
Xüsusilə, Ukrayna nümayəndə heyətinin Moskva səfəri zamanı Rusiyanın yüksək səviyyəli rəsmiləri ilə apardığı müzakirələrdən böyük gözləntilər yaransa da, bu görüşlər də nəticəsiz qaldı".
Bu sözləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
Onun sözlərinə görə, bunun səbəbi təkcə tərəflərin kompromisə hazırlıqsız olması deyil, həm də münaqişənin artıq lokal çərçivəni aşaraq qlobal siyasətin əsas mövzularından birinə çevrilməsidir: "Bu gün Rusiya müharibəni yalnız Ukrayna ilə münasibətlər prizmasından deyil, özünün geosiyasi mövqelərini bərpa və ya möhkəmləndirmə cəhdi kimi qiymətləndirir.
Kreml üçün bu münaqişə postsovet məkanında nüfuz uğrunda mübarizənin bir hissəsidir.
Məhz buna görə də Moskva danışıqlarda tez-tez Ukraynanın ərazi bütövlüyü ilə bağlı güzəştlərə getməsini tələb edir.
Tam oxu
Xəbəri oxu