Icma.az
close
up
RU
Müharibənin davam edəcəyi ehtimalı yüksəkdir ŞƏRH EDİLDİ

Müharibənin davam edəcəyi ehtimalı yüksəkdir ŞƏRH EDİLDİ

Sia Az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Rusiya–Ukrayna müharibəsi ətrafında aparılan danışıqlar, təəssüf ki, indiyə qədər ciddi nəticə verməyib. Müharibənin ilk aylarından başlayaraq tərəflər bir neçə dəfə bir masa arxasında görüşsələr də, praktiki olaraq bu cəhdlərin heç biri vəziyyətdə əsaslı dəyişiklik yaratmayıb. Xüsusilə, Ukrayna nümayəndə heyətinin Moskva səfəri zamanı Rusiyanın yüksək səviyyəli rəsmiləri ilə apardığı müzakirələrdən böyük gözləntilər yaransa da, bu görüşlər də nəticəsiz qaldı". Bu sözləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, bunun səbəbi təkcə tərəflərin kompromisə hazırlıqsız olması deyil, həm də münaqişənin artıq lokal çərçivəni aşaraq qlobal siyasətin əsas mövzularından birinə çevrilməsidir:

"Bu gün Rusiya müharibəni yalnız Ukrayna ilə münasibətlər prizmasından deyil, özünün geosiyasi mövqelərini bərpa və ya möhkəmləndirmə cəhdi kimi qiymətləndirir. Kreml üçün bu münaqişə postsovet məkanında nüfuz uğrunda mübarizənin bir hissəsidir. Məhz buna görə də Moskva danışıqlarda tez-tez Ukraynanın ərazi bütövlüyü ilə bağlı güzəştlərə getməsini tələb edir. Donbas və Krım məsələləri Rusiyanın əsas şərtləri olaraq qalır. Lakin bu, Ukrayna üçün qətiyyən qəbulolunmazdır. Rəsmi Kiyev dəfələrlə bəyan edib ki, ölkənin suverenliyi və ərazi bütövlüyü danışıqlar mövzusu ola bilməz.

Qərb dövlətləri – xüsusilə ABŞ və Avropa İttifaqı – Ukraynanın bu prinsipial mövqeyini açıq şəkildə dəstəkləyir. Onlar hesab edirlər ki, ərazi güzəştləri Rusiyanın gələcəkdə digər bölgələrdə də oxşar addımlar atması üçün presedent yarada bilər. Bu səbəbdən də Qərb ölkələri Ukraynaya hərbi, maliyyə və siyasi dəstək göstərməklə onu danışıqlarda möhkəmləndirməyə çalışırlar. Bu isə danışıqların istənilən nəticə verməsini daha da çətinləşdirir, çünki Rusiya Qərbin təsirini balanslaşdırmaq üçün öz tələblərindən geri çəkilmək istəmir.

Hazırkı vəziyyətdə müharibənin yaxın zamanda bitməsi real görünmür. Bəzi mənbələr və ekspertlər mümkün olan yeganə variant kimi mövcud təmas xətti üzrə atəşkəs razılaşmasını göstərirlər. Lakin Moskvanın bu istiqamətdə də kifayət qədər sərt mövqe nümayiş etdirdiyi müşahidə olunur. Rusiya atəşkəsin Ukraynanın hərbi baxımdan güclənməsi üçün bir imkan yaratmasından narahatdır. Eyni zamanda, Rusiyanın strateji məqsədlərinə çatmadan belə bir razılaşmaya getmək istəməməsi açıq görünür.

Düşünürəm ki, müharibə bir müddət də davam edəcək. Hazırda mümkün olan yeganə yol atəşkəsin əldə olunmasıdır – o da mövcud təmas xətti boyunca. Amma Rusiya buna da getmək istəmir. NATO, Avropa ölkələri və Avropa İttifaqı Ukraynaya milyardlarla dollar vəsait ayırır. Əgər ABŞ və Avropa Ukraynaya daha da genişmiqyaslı öldürücü və hücum silahları versə, Rusiya güzəştə gedə bilər. Amma düşünürəm ki, müharibənin hələ davam edəcəyi ehtimalı yüksəkdir".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:208
embedMənbə:https://sia.az
archiveBu xəbər 05 Dekabr 2025 16:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see456

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see364

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see294

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see287

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see280

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see257

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see241

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see241

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see235

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see228

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see227

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see220

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see217

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see214

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see206

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see205

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see193

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see184

Rubio: Ərzaq ticarətindən siyasi və iqtisadi təzyiq vasitəsi kimi istifadə olunmamalıdır

01 Noyabr 2026 01:55see184

Baxçalı Bakıya gəlir? AÇIQLAMA

01 Noyabr 2026 03:27see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri