Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq. Əfşan YUSİFQIZI Əsir qadın – bu, sıradan bir söz deyil; bu sözdə əzab, işgəncə, ağrı, acı,
Mən yazıçı Meyxoş Abdullahın bir neçə əsərini oxumuşam, imzasına bələdəm.
Amma indi haqqında danışacağım “Əsir qadın” romanı müəllifin oxuduğum o biri əsərlərindən tamamilə fərqlənir.
Yazıçı əsirlik həyatının dəhşətlərini ustalıqla qələmə alıb. Hətta deyərdim ki, bu əsər insanın psixoloji durumuna ciddi təsir göstərir.
Əsərdə müəllif ikinci bir “müəllifin” daxili sarsıntısını, narahatlıqla ümid, qorxu ilə istək arasında qalan ziddiyyətli hisslərini ustalıqla ifadə edib.
Əsərin “ilk qəhrəmanı” müharibə əsirliyindən qayıtmış bir qadınla görüşə hazırlaşan şəxsdir.
O, insan ruhunun zərif, kövrək və çəkingən tərəfini göstərir.
Onun içindəki tərəddüd, “Görüşmək istəyirəm, amma buna haqqım varmı?” sualı əxlaqi və insani dərinlik daşıyır.