Icma.az
close
up
RU
Menu

Sahibkar ABB dən şikayət etdi

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

ML: 3 cü tur başlayır

Ronaldo dönəmi başa çatır

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

Müharibənin kölgəsində

Müharibənin kölgəsində

Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.

Əfşan YUSİFQIZI

Əsir qadın – bu, sıradan bir söz deyil; bu sözdə əzab, işgəncə, ağrı, acı, dəhşət və insanlıqdan uzaq nə desən var...
Mən yazıçı Meyxoş Abdullahın bir neçə əsərini oxumuşam, imzasına bələdəm. Amma indi haqqında danışacağım “Əsir qadın” romanı müəllifin oxuduğum o biri əsərlərindən tamamilə fərqlənir.

Yazıçı əsirlik həyatının dəhşətlərini ustalıqla qələmə alıb. Hətta deyərdim ki, bu əsər insanın psixoloji durumuna ciddi təsir göstərir. Əsərdə müəllif ikinci bir “müəllifin” daxili sarsıntısını, narahatlıqla ümid, qorxu ilə istək arasında qalan ziddiyyətli hisslərini ustalıqla ifadə edib.

Əsərin “ilk qəhrəmanı” müharibə əsirliyindən qayıtmış bir qadınla görüşə hazırlaşan şəxsdir. O, insan ruhunun zərif, kövrək və çəkingən tərəfini göstərir. Onun içindəki tərəddüd, “Görüşmək istəyirəm, amma buna haqqım varmı?” sualı əxlaqi və insani dərinlik daşıyır.

Təsvirlər çox canlıdır: “Payızın çiskin yağışı onsuz da duyğulu qəlbimi bir az da duyğulandıraraq, məni kövrək və küsəyən bir uşaq vəziyyətinə salmışdı”. Bu cümlə həm təbiətin, həm də qəhrəmanın daxili ovqatının eyniliyini göstərir. Payız burada təkcə bir fəsil deyil, həm də müəllifin ruh halının simvoludur; sanki təbiət də onunla birlikdə hüznlənir.

Əsər emosional bir axınla irəliləyir. Yazıçı təmkinli dildə, lakin duyğusal dərinliklə insanın iç dünyasındakı fırtınanı oxucuya ötürür...
Kitabda insan ruhunun sarsıntısı, müharibə izləri və mənəvi məsuliyyət oxucunu həm düşündürür, həm də o dəhşəti hiss etdirməyi bacarır.

Və əsərin faciə dolu həyatı olan əsl qəhrəmanı Səidənin həyatı oxucunun əsəblərini tarıma çəkir...
Çoban itinə bənzər bir itlə eyni otaqda yaşayan Səidənin birdən-birə iti göstərərək dediyi “Oğlum Ruslandır!” sözləri oxucuya gözlənilməz və sarsıdıcı təsir bağışlayır.

Əsəri oxuyanda insanın daxilində dərin sarsıntı, ağrı və ikrah hissi yaranır. Müəllif hadisəni oxucuya elə təqdim edir ki, sanki bütün o dəhşətlərin içindəsən, nəfəsini belə ala bilmirsən...

Əsərdə insan faciəsinin, müharibənin ən iyrənc və vəhşi tərəfləri göstərilir. Burada əsas təsir gücü ana obrazı üzərində qurulub. O, düşmənlərin içində həm körpəsini qorumağa çalışan bir ana, həm də mənəvi işgəncə çəkən bir əsirdir. Amma hadisələr elə nöqtəyə çatır ki, artıq qorumaq belə mümkün olmur, çünki qarşısında insanlıqdan çıxmış, “insan” adı daşıyan vəhşilər dayanır.

Ana ac uşağını sinəsinə sıxır, lakin eyni zamanda özünü günahkar sayır; onların yanında oğlunu yedizdirməyi özünə sığışdırmır...
Bu cümlədə müəllif həm də bir azərbaycanlı qadının, bir ananın əxlaqını önə çəkir. Ana həm fiziki aclığın, həm də mənəvi zülmün içindədir.

Əsgərlərin davranışı, körpənin atası Əlinin kəsilmiş başını göstərərək: “Xoxan gəlib səni yeyər” demələri, həm də bunu gülə-gülə etmələri onların mənəvi çürümüşlüyünün göstəricisidir. Burada sadəcə fiziki zorakılıq yox, ruhi xəstəlik və qəddarlıq var. Yazıçı bu səhnə ilə oxucunu təkcə qorxutmaq yox, həm də silkələmək istəyir: “Bax, müharibə insanı nə hala salır!”

Ən sarsıdıcı hadisə atasının qanını körpəyə içirmələridir, bu isə oxucunun əlini-qolunu bağlayır...
Daha bir sarsıdıcı an uşağın əsgərlərin ayaqları altına düşməsi və o vəhşilərin ananın heysiz bədəninə ac qurd kimi daraşmalarıdır...

Bu təsvir o qədər güclü və iyrəncdir ki, müəllif burada hər bir oxucunun vicdanına toxunaraq deyir: “Baxın, bu həm də bizim milli faciəmizin, bir qadın taleyinin, bir insanlığın itkisinin mindən biridir”.

Roman boyu cümlələrdən sanki qan qoxusu, qorxu və dəhşət süzülür. Müəllif təsvirlərlə oxucunun zehnində o qədər canlı mənzərə yaradır ki, sanki o səhnə gözünün qabağında canlanır.

Bu arada zabitin: “Nədi, deyəsən, onu aranızda bölə bilmirsiniz?” deməsi sadəcə iyrənc bir replikadan ibarət deyil; bu, namussuzluğun pik nöqtəsidir. Orda yalnız kin, əyləncə və rəzillik var...

Yazıçı müharibənin insan ruhuna vurduğu zərbəni, qadın və ana ağrısını, insanlıqdan çıxma prosesini çox təsirli, kəskin və sarsıdıcı şəkildə göstərir. Hər sətri oxucuya həm bir yazıçının əzab dolu ruhunun ağrısını, həm bir xalqın yaddaşını, həm də bir ananın faciə dolu səsini ötürür.

Rus qadın Valyanın köməyi ilə əsarətdən qurtulan Səidə, azad olsa da, vətənə dönməyə ürək eləmir, üzü gəlmir...
Və sonda onun vətən həsrəti ilə yazdığı məktubu oxuyan “ikinci müəllif”in göz yaşlarını saxlaya bilməməsi oxucunu dərin duyğulara qərq edir...

Meyxoş Abdullahın “Əsir qadın” əsəri bir neçə dildə tərcümə olunmaqla yanaşı, haqqında çox yazılıb. İndən belə nə qədər yazılsa da, əsərdəki acıları azaltmaz. Hər epizod özlüyündə ayrıca bir əsərdir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://525.az
archiveBu xəbər 23 Oktyabr 2025 17:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see429

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see285

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see260

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see208

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see206

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see204

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see203

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see195

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see193

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see193

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see193

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see192

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see190

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see189

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see189

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see186

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see186

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see186

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see186

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri