Icma.az, Newscenter.az saytına istinadən bildirir. Rusiya döyüş meydanında əldə edə bilmədiyi qələbəni danışıqlar masasında almaq istəyir.
Danışıq masasının qurulması, xüsusən də, Ukraynasız masa artıq Rusiyanın danışıqlarda önə keçməsi deməkdir.
Əslində Rusiyanı nəinki danışıq masasına, heç öz sərhəddindən kənara çıxmasına imkan yaradılmaması lazım idi, amma işğalçı bir dövləti masa arxasına oturtmaq böyük səhv idi.
Bundan sonra Rusiya özünü daha rahat və əmin aparacaq. Amma diplomatik uğurun arxası döyüş meydanında möhkəmləndirilməyincə bunu uğur hesab
Rusiyanın hərbi imkanları göz önündədir. Öz ərazisində belə Ukrayna ordusu ilə bacara bilmir.
Bir-iki kənd və kilometr ələ keçirmək üçün minlərlə itki verir.
Odur ki, bu durumda danışıqlar masasına oturmaqla nəsə əldə etmək sabun köpüyü kimi bir şey olacaq. İndi Ukrayna ordusu müasir döyüşür.
Dron və ağıllı raket-bombalarla Rusiya ordusunu və ərazisini dayandıqları yerdən məhv edirlər. Bunu monitor arxasından çoxu qızlar edirlər.