Icma.az
close
up
RU
Müharibənin tezliklə bitməsi mümkün deyil

Müharibənin tezliklə bitməsi mümkün deyil

Icma.az, Newscenter.az saytına istinadən bildirir.


Rusiya döyüş meydanında əldə edə bilmədiyi qələbəni danışıqlar masasında almaq istəyir. Danışıq masasının qurulması, xüsusən də, Ukraynasız masa artıq Rusiyanın danışıqlarda önə keçməsi deməkdir. Əslində Rusiyanı nəinki danışıq masasına, heç öz sərhəddindən kənara çıxmasına imkan yaradılmaması lazım idi, amma işğalçı bir dövləti masa arxasına oturtmaq böyük səhv idi. Bundan sonra Rusiya özünü daha rahat və əmin aparacaq.
Amma diplomatik uğurun arxası döyüş meydanında möhkəmləndirilməyincə bunu uğur hesab etmək olmaz. Rusiyanın hərbi imkanları göz önündədir. Öz ərazisində belə Ukrayna ordusu ilə bacara bilmir. Bir-iki kənd və kilometr ələ keçirmək üçün minlərlə itki verir. Odur ki, bu durumda danışıqlar masasına oturmaqla nəsə əldə etmək sabun köpüyü kimi bir şey olacaq. İndi Ukrayna ordusu müasir döyüşür. Dron və ağıllı raket-bombalarla Rusiya ordusunu və ərazisini dayandıqları yerdən məhv edirlər. Bunu monitor arxasından çoxu qızlar edirlər.
Müharibənin tezliklə bitməsi hələlik mümkün deyil. ABŞ və Rusiya danışıqlar apara bilərlər. ABŞ Ukraynaya yardımı da dayandıra bilər. Amma Ukrayna torpaq, Rusiya minlərlə canlı qüvvə, texnika itirəcək. Buna dəyəcəkmi?
Azərbaycan dövləti Ukraynanın torpaqlarının işğalının legitimləşdirilməsi addımlarını qəti şəkildə pisləməlidir. Bu, əraziləri vaxtilə işğala məruz qalan bir ölkə kimi Azərbaycanın mənəvi borcudur. Hər bir dövlətin əxlaqı olmalıdır. Azərbaycanın ABŞ və Rusiyaya əxlaq dərsi keçməyə haqqı var.
Azər Qasımov
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:161
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 18 Fevral 2025 21:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan və Qazaxıstan Transxəzər Fiber Optik Kabel Xəttinin çəkilişini başa çatdırıb

27 Avqust 2026 20:56see354

44 yaşlı Dima Bilan baba oldu

27 Avqust 2026 18:43see337

Əliaçıq olmaq təzyiqi normallaşdırır

27 Avqust 2026 22:01see333

“Tokayev Moskvanı benzin məsələsində aldatdı?”

27 Avqust 2026 18:55see266

Azərbaycan pambıq parça istehsalını 5 % dən çox artırıb

27 Avqust 2026 21:13see265

Ürək əməliyyatı keçirdi, xərçəngdən sağaldı Möcüzə

27 Avqust 2026 20:32see248

III “Ulduz Cup” başa çatdı

27 Avqust 2026 18:06see247

Türk aktrisa Nihal Yalçının son halı təəccübləndirdi (Foto)

27 Avqust 2026 21:38see241

Acı qəhvə içmək qida borusu xərçəngi yaradır?

27 Avqust 2026 18:50see236

“Tvente”nin futbolçusu: “Sabah meydanda əsl güc balansının necə olduğunu görəcəyik”

27 Avqust 2026 19:10see234

Azərbaycan və Türkiyənin Avstriyadakı səfirləri görüşdü

27 Avqust 2026 20:13see231

Nepalda güclü daşqın: 389 ölü, 1400 itkin

27 Avqust 2026 22:12see230

Dünyanın sonu yaxınlaşır Dəccal haqqında peyğəmbərlik gerçəkləşməyə başladı

27 Avqust 2026 23:51see229

Qiymətlər niyə yüksəlir? Hörmüz boğazının təsiri nə qədərdir, digər amillər hansılardır?

28 Avqust 2026 13:00see218

Onlar üçün kiçik ailə biznesləri yaradıldı Fotolar

28 Avqust 2026 18:00see201

Fransa 44 fələstinlini Qəzza bölgəsindən təxliyə edib

28 Avqust 2026 23:21see191

Beşbarmaq: əsrlərin sirrini qoruyan müqəddəs dağ

28 Avqust 2026 15:04see191

“Mançester Siti”dən “Kristal Pelas”a 4 qol: Haland və Şerki dubl etdi VİDEO

29 Avqust 2026 01:33see173

Cəmalanın 43 yaşı var...

28 Avqust 2026 21:07see172

Rusiya niyə qəsdən valyutasını zəiflədir?

28 Avqust 2026 20:06see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri