Mühəndisdən məktub var: Bəla gözləmədiyim yerdən gəldi | Icma.az
Banco.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır. Mən Ramil Əsədov, tikinti mühəndisiyəm.
Sahədə hamı bilir: Təhlükəsizlik qaydalarında çox sərtəm. Kaskasız, kəmərsiz adamı obyektə buraxmaram.
Elə bilirdim qaydaya əməl etsəm, başıma iş gəlməz. Amma bəla gözləmədiyim yerdən gəldi. Belim ağrıdı.
Dedim yəqin ağır qaldırmışam, ya da bel yırtığıdır. Ağrıkəsici atıb işə qaçırdım. Amma yayda ağrı dözülməz oldu, ayağım tutuldu.
Həkimə getdik və xərçəng diaqnozu qoyuldu. O an özümü düşünmürdüm. Müalicələrdən imtina etmək istəyirdim. Bu xərcləri kim qarşılayacaq?
Övladlarım hələ balacadır. Əlimdə olan pulu müalicəyə xərcləsəm vəziyyətim yaxşı olmayacaq. Bu xəbəri komanda üzvümlə bölüşdüm.
Dediyinə görə, şirkətimiz bizi kritik xəstəliklərdən də sığortalayıb. İnanmadım, getdim rəhbərimin otağına. Vəziyyətimi izah etdim.
Belə bir sığorta növünün olması həqiqət imiş. İndi yenə işimin başındayam. Şirkətim mənim müalicə xərclərimi qarşıladı.
Tam oxu
Xəbəri oxu