Mühəndisdən məktub var: Bəla gözləmədiyim yerdən gəldi
Banco.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Mən Ramil Əsədov, tikinti mühəndisiyəm. Sahədə hamı bilir: Təhlükəsizlik qaydalarında çox sərtəm. Kaskasız, kəmərsiz adamı obyektə buraxmaram. Elə bilirdim qaydaya əməl etsəm, başıma iş gəlməz. Amma bəla gözləmədiyim yerdən gəldi.
Belim ağrıdı. Dedim yəqin ağır qaldırmışam, ya da bel yırtığıdır. Ağrıkəsici atıb işə qaçırdım. Amma yayda ağrı dözülməz oldu, ayağım tutuldu. Həkimə getdik və xərçəng diaqnozu qoyuldu.
O an özümü düşünmürdüm. Müalicələrdən imtina etmək istəyirdim. Bu xərcləri kim qarşılayacaq? Övladlarım hələ balacadır. Əlimdə olan pulu müalicəyə xərcləsəm vəziyyətim yaxşı olmayacaq.
Bu xəbəri komanda üzvümlə bölüşdüm. Dediyinə görə, şirkətimiz bizi kritik xəstəliklərdən də sığortalayıb. İnanmadım, getdim rəhbərimin otağına. Vəziyyətimi izah etdim. Belə bir sığorta növünün olması həqiqət imiş.
İndi yenə işimin başındayam. Şirkətim mənim müalicə xərclərimi qarşıladı. İlk öncə, şirkət rəhbərliyimə mənə ikinci həyat verdiyini üçün təşəkkür edirəm. Bütün işçiləri üçün belə bir sığorta aldığı üçün isə xüsusi təşəkkür edirəm.
Bu Korporativ Həyat Sığortası-dır. Ən önəmlisi isə odur ki, artıq nə qədər şirkət bu məhsulu öz işçiləri üçün alıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:43
Bu xəbər 21 Yanvar 2026 13:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















