Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
2025-ci ildə Azərbaycan 2 milyard 387 milyon dollar dəyərində 123 319 ədəd cəmi avtomobil idxal olunub.
Banker.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə avtomobil idxalı məbləğ ifadəsilə 29.4%, miqdar ifadəsilə 34.3% artıb.
O cümlədən, 2024-cü ildə Azərbaycana 1 milyard 844 milyon dollar dəyərində 91 838 ədəd cəmi avtomobil gətirilib.
Ötən il Azərbaycana minik avtomobillərinin idxalı 113 840 ədəd ikən, əvvəlki ildə 82 434 ədəd təşkil edib.
Belə ki, əsasən adam daşımaq üçün nəzərdə tutulmuş minik avtomobillərinin sayı illik müqayisədə 38% artıb.2025-ci ildə avtomobil idxalının miqdar baxımından bu qədər artmasının əsas səbəbləri nələrdir?Elektrikli və hibrid avtomobillərin payı bu idxalda nə qədərdir?
Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, hibrid avtomobillərin sayında artım müşahidə olunur, lakin elektromobillərə maraq bir qədər azalıb: “Ölkədə nəqliyyat vasitələrinin sayının artması, ilk növbədə, iqtisadiyyatın dayanıqlılığı ilə bağlıdır.
Bununla yanaşı, əhalinin sayının artması da nəzərə alınmalıdır.