Mühərrik həcmi kiçik olan və nisbətən yeni avtomobillərin idxalı avtomobil parkının yenilənməsi prosesini sürətləndirir
Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Ötən il Azərbaycana minik avtomobillərinin idxalı 113 840 ədəd ikən, əvvəlki ildə 82 434 ədəd təşkil edib. Belə ki, əsasən adam daşımaq üçün nəzərdə tutulmuş minik avtomobillərinin sayı illik müqayisədə 38% artıb.
2025-ci ildə avtomobil idxalının miqdar baxımından bu qədər artmasının əsas səbəbləri nələrdir?Elektrikli və hibrid avtomobillərin payı bu idxalda nə qədərdir?Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, hibrid avtomobillərin sayında artım müşahidə olunur, lakin elektromobillərə maraq bir qədər azalıb: “Ölkədə nəqliyyat vasitələrinin sayının artması, ilk növbədə, iqtisadiyyatın dayanıqlılığı ilə bağlıdır. Bununla yanaşı, əhalinin sayının artması da nəzərə alınmalıdır. İşğaldan azad olunmuş ərazilərdə həyatın yenidən dirçəlməsi, insanların geri qayıdışı nəqliyyat vasitələrinə olan tələbi artırır. Onu da qeyd etmək lazımdır ki, taksi sektorunda əvvəl istismar olunan köhnə və yararsız avtomobillər dövriyyədən çıxarılaraq yeni, həmçinin ekoloji cəhətdən təmiz nəqliyyat vasitələri ilə əvəz olunur”.
Eldəniz Cəfərov
“Statistikaya diqqət yetirsək, Çindən idxal olunan hibrid avtomobillərin sayı əvvəlki illərlə müqayisədə 2025-ci ildə kəskin şəkildə artıb. Ekoloji cəhətdən təmiz nəqliyyat vasitələri dedikdə həm hibrid, həm də elektromobilləri nəzərdə tutsaq, onların payı ümumi avtomobil sayında təxminən 30-40% civarındadır. Hibrid avtomobillərin sayında artım müşahidə olunur, lakin elektromobillərə maraq bir qədər azalıb. Əvvəlki illərlə müqayisədə hazırda ölkəmizə idxal olunan avtomobillərin böyük hissəsi ekoloji cəhətdən təmiz nəqliyyat vasitələridir. Bununla yanaşı, mühərrik həcmi kiçik olan və nisbətən yeni avtomobillərin idxalı da artıb ki, bu da avtomobil parkının yenilənməsi prosesini sürətləndirir. Qeyd etdiyim səbəblərə görə tələb varsa, təbii ki, ölkədə nəqliyyat vasitələrinin sayı da artacaq”.
Günel Həsənova, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 21 Yanvar 2026 23:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















