GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Xəbər verdiyimiz kimi, 11 apreldə ABŞ və Ukrayna arasında, müharibə sonrası Ukrayna ərazisində nadir torpaq ehtiyatlarının çıxarılmasına dair sazişin hazırlanması məqsədilə görüş baş tutacaq.
Ukrayna Baş nazirinin Avropa və Avroatlantik inteqrasiya üzrə müavini Olqa Stefanişina bu sazişin şərtlərinin, əgər ölkənin Avropa İttifaqı qarşısında götürdüyü öhdəliklərlə ziddiyyət təşkil edərsə, razılaşdırılmayacağını bildirib.
Bu vəziyyətdə, hansı öhdəliklərin nəzərdə tutulduğu və Kiyevin Aİ qarşısında bu məsələdəki məsuliyyətinin nədən ibarət olduğu sualları gündəmə gəlir.
Ukraynanın nadir metalları ilə bağlı ABŞ və Aİ arasında bir bölgü baş verə bilərmi?
Globalinfo.az-a danışan politoloq Sultan Zahidov deyib ki, sözügedən məsələ 2 aya yaxındır gündəmdədir: “Ukrayna və ABŞ arasında danışıqlar aparılsa da, müəyyən problemlər qalmaqda davam edir.
Məsələ ondan ibarətdir ki, ABŞ sazişin reallaşmasında öz iradəsini yeritməyə çalışır və şərtlərinin yerinə yetirilməsini istəyir.
Ukrayna isə sazişə bərabər şərtlərdə tərəfdaşlıq kimi baxır.