Icma.az
close
up
RU
Mühüm görüş Ukrayna bölüşdürülür?

Mühüm görüş Ukrayna bölüşdürülür?

GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Xəbər verdiyimiz kimi, 11 apreldə ABŞ və Ukrayna arasında, müharibə sonrası Ukrayna ərazisində nadir torpaq ehtiyatlarının çıxarılmasına dair sazişin hazırlanması məqsədilə görüş baş tutacaq. Ukrayna Baş nazirinin Avropa və Avroatlantik inteqrasiya üzrə müavini Olqa Stefanişina bu sazişin şərtlərinin, əgər ölkənin Avropa İttifaqı qarşısında götürdüyü öhdəliklərlə ziddiyyət təşkil edərsə, razılaşdırılmayacağını bildirib. Bu vəziyyətdə, hansı öhdəliklərin nəzərdə tutulduğu və Kiyevin Aİ qarşısında bu məsələdəki məsuliyyətinin nədən ibarət olduğu sualları gündəmə gəlir.

Ukraynanın nadir metalları ilə bağlı ABŞ və Aİ arasında bir bölgü baş verə bilərmi?

Globalinfo.az-a danışan politoloq Sultan Zahidov deyib ki, sözügedən məsələ 2 aya yaxındır gündəmdədir:

“Ukrayna və ABŞ arasında danışıqlar aparılsa da, müəyyən problemlər qalmaqda davam edir. Məsələ ondan ibarətdir ki, ABŞ sazişin reallaşmasında öz iradəsini yeritməyə çalışır və şərtlərinin yerinə yetirilməsini istəyir. Ukrayna isə sazişə bərabər şərtlərdə tərəfdaşlıq kimi baxır.

Sultan Zahidov

Ona görə də heç bir halda milli maraqlarını qurban vermək istəmir. Burada bir sıra maneələr var. Birincisi, Ukrayna konstitusiyasında olan bəzi müddəalara görə, sazişin ABŞ-ın istəklərinə uyğunlaşmasına mane olur. İkincisi, rəsmi Kiyev Vaşinqtondan təhlükəsizlik zəmanəti istəyir. Üçüncüsü, Ukrayna bu sazişin Ukraynanın Aİ-yə inteqrasiya siyasətinə mane olmayacağına əmin olmaq istəyir. Bu sazişin şərtlərinə görə, ABŞ və Ukrayna arasında fond yaradılır. Fond Ukraynanın mineral resurslarını bərabər şəkildə istismar edir. Həmin resurslar Ukraynanın nəqliyyat xətləri və malları üzərində söz sahibi haqqı verir. Bu da Aİ nizamnaməsinə və qanunlarına ziddiyyət təşkil edəcək”.

Politoloqun sözlərinə görə, ABŞ və Aİ arasında Ukraynanın bölünməsi ehtimalı azdır:

“Aİ-nin də Ukraynada müəyyən maraqları olduğundan təbii minerallarının ABŞ tərəfindən istismar edilməsini istəmir. Hazırda ABŞ və Aİ arasında ixtilaf dərinləşməkdədir. Bu da Ukraynaya xeyir vermir. Çünki onun Rusiya qarşısında tab gətirməsi üçün hər iki tərəfdən dəstəyə ehtiyacı var”.

Safura Bənnayeva
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 11 Aprel 2025 16:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see427

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see341

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see302

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see293

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see237

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see236

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see230

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see214

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see209

Bəzi insanların riyyaziyyatı bilməmə səbəbi QAVRAMA FƏRQİ NƏDİR?

15 Oktyabr 2026 04:29see199

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see193

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

15 Oktyabr 2026 13:43see187

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see187

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see181

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see177

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see176

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see171

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see167

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see149

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see148
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri