Münasibətlər post münaqişə dövrünün xüsusiyyətlərini daşıyır POLİTOLOQ DANIŞDI | Icma.az
Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Azərbaycan və Ermənistan arasındakı münasibətlər post-münaqişə dövrünün klassik xüsusiyyətlərini daşıyır".
Bu sözləri SİA-ya açıqlamasında politoloq Oqtay Qasımov deyib.
Onun sözlərinə görə, hər iki tərəf 2020-ci il İkinci Qarabağ müharibəsindən sonra müəyyən razılaşmalar əldə etsə də, yekun sülh müqaviləsinin imzalanması hələ baş verməmişdir: "Bu isə regionda davamlı sülh və təhlükəsizlik mühitinin formalaşmasına mane olan əsas amillərdən biridir.
Hazırkı mərhələdə Azərbaycan tərəfi yekun sülh müqaviləsinin imzalanması üçün iki əsas şərtin yerinə yetirilməsini vacib hesab edir.
Birinci şərt Ermənistan Konstitusiyasında dəyişikliklərin edilməsi, yəni qonşu dövlətin Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini şübhə altına alan müddəaların aradan qaldırılmasıdır.
İkinci əsas tələb isə ATƏT-in Minsk Qrupunun fəaliyyətinin formal olaraq başa çatdırılması və bu institutun regiondakı hüquqi-siyasi statusunun dəqiqləşdirilməsidir".
Politoloq qeyd edir ki, Ermənistan hökuməti isə bu tələblərin icrasını müxtəlif siyasi və hüquqi bəhanələrlə ləngitməyə çalışır: "Paralel şəkildə, ölkədə hərbi potensialın artırılması istiqamətində ciddi səylər müşahidə olunur.
Tam oxu
Xəbəri oxu