Icma.az
close
up
RU
Münasibətlər post münaqişə dövrünün xüsusiyyətlərini daşıyır POLİTOLOQ DANIŞDI

Münasibətlər post münaqişə dövrünün xüsusiyyətlərini daşıyır POLİTOLOQ DANIŞDI

Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Azərbaycan və Ermənistan arasındakı münasibətlər post-münaqişə dövrünün klassik xüsusiyyətlərini daşıyır". Bu sözləri SİA-ya açıqlamasında politoloq Oqtay Qasımov deyib.

Onun sözlərinə görə, hər iki tərəf 2020-ci il İkinci Qarabağ müharibəsindən sonra müəyyən razılaşmalar əldə etsə də, yekun sülh müqaviləsinin imzalanması hələ baş verməmişdir: "Bu isə regionda davamlı sülh və təhlükəsizlik mühitinin formalaşmasına mane olan əsas amillərdən biridir.

Hazırkı mərhələdə Azərbaycan tərəfi yekun sülh müqaviləsinin imzalanması üçün iki əsas şərtin yerinə yetirilməsini vacib hesab edir. Birinci şərt Ermənistan Konstitusiyasında dəyişikliklərin edilməsi, yəni qonşu dövlətin Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini şübhə altına alan müddəaların aradan qaldırılmasıdır. İkinci əsas tələb isə ATƏT-in Minsk Qrupunun fəaliyyətinin formal olaraq başa çatdırılması və bu institutun regiondakı hüquqi-siyasi statusunun dəqiqləşdirilməsidir".

Politoloq qeyd edir ki, Ermənistan hökuməti isə bu tələblərin icrasını müxtəlif siyasi və hüquqi bəhanələrlə ləngitməyə çalışır: "Paralel şəkildə, ölkədə hərbi potensialın artırılması istiqamətində ciddi səylər müşahidə olunur. Bu isə regionda güc balansının dəyişməsi ehtimalını artırır və sülhə dair danışıqlar prosesinə mənfi təsir göstərir.

Son aylarda iki ölkə arasında birbaşa diplomatik təmaslar demək olar ki, dayanmış vəziyyətdədir. İstisna olaraq, Albaniyanın paytaxtı Tiranada keçirilmiş yüksək səviyyəli görüşü qeyd etmək olar. Lakin bu görüş ümumi tendensiyanı dəyişməyə kifayət etməmişdir. Hazırkı şəraitdə Bakı ilə İrəvan arasında münasibətlər minimum diplomatik səviyyədə davam edir və bu səbəbdən də yaxın perspektivdə sülh müqaviləsinin imzalanması ehtimalı reallıqdan uzaq görünür"- deyə o əlavə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:103
embedMənbə:https://sia.az
archiveBu xəbər 02 İyun 2025 18:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see412

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see261

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see221

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see203

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see179

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see156

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see154

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see153

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see142

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see139

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see139

10 nəhəng qida şirkəti insan sağlamlığını belə məhv edir... Siyahıda “Coca cola , Nestle” kimi şirkətlər var

04 Dekabr 2025 11:53see137

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see137

Neymar və het trik

04 Dekabr 2025 09:17see135

Tanınmış şirkətin milyon yarımlıq dələduzluğu işində Hökm oxundu

04 Dekabr 2025 11:29see133

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see130

Juninyo Braziliya çempionu oldu

04 Dekabr 2025 08:20see128

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see128

Hərbçi olmaq üçün 160 sm boy kifayətdir YENİ QƏRAR

04 Dekabr 2025 08:11see128

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri