Xalqcebhesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“II Qarabağ savaşından sonra və elə həmin savaş müddətində də Fransanın Azərbaycana qarşı mövqeyində birdən-birə U dönüşü oldu və çox ciddi şəkildə Fransa anti-Azərbaycan siyasətinə keçməyə başladı.
2020-ci ilin oktyabr ayında Fransa Parlamentində Azərbaycanın Qarabağ bölgəsini Arxas respublikası kimi tanımaqla bağlı qərar çıxarmağa çalışdılar, eyni qayda olaraq Fransa həm də BMT-də Ermənistan-Azərbaycan müharibəsi ilə bağlı, yəni II Qarabağ müharibəsi ilə bağlı Azərbaycana qarşı təcrid siyasəti tutmaq istəyirdi və s.
Sonrakı mərhələlərdə Fransanın Azərbaycanın Qarabağ bölgəsində fəaliyyət göstərmiş separatçı rejimə dəstək göstərməsi, beynəlxalq miqyasda Azərbaycana qarşı anti-Azərbaycan mövqeyini tutması, Ermənistan haqsız olduğu halda onu haqlı kimi göstərmək cəhdləri və s.
bütün bunlar yaxın tariximizin baş verən prosesləridir”. Bunu xalqecebhesi.az-a açıqlamasında politoloq Samir Hümbətov deyib.
Politoloq əlavə edib ki, bunların hər biri tərəflər arasında gərginliyə səbəb oldu: “Təbii ki, Azərbaycan da Fransanın layiqli cavabını verirdi, lakin bunlar xoş hal deyildi.
Düşünürəm ki, Fransa və Azərbaycan prezidentləri arasında baş tutan son iki görüş yaranmış soyuqluğu aradan qaldırdı.
Xüsusən də Kopenhagen görüşündə bu məsələnin yoluna düşməsi, qurulan münasibətlər hər biri düşünürəm ki, bundan sonra Fransa-Azərbaycan əlaqələrinin düzəlməsinə və normal məcraya qayıtmasına şərait yarada bilər”.