Icma.az
close
up
RU
“Münasibətlərin normallaşması liderlər səviyyəsində başlayıbsa, artan xətt üzrə davam edə bilər”

“Münasibətlərin normallaşması liderlər səviyyəsində başlayıbsa, artan xətt üzrə davam edə bilər”

Xalqcebhesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“II Qarabağ savaşından sonra və elə həmin savaş müddətində də Fransanın Azərbaycana qarşı mövqeyində birdən-birə U dönüşü oldu və çox ciddi şəkildə Fransa anti-Azərbaycan siyasətinə keçməyə başladı. 2020-ci ilin oktyabr ayında Fransa Parlamentində Azərbaycanın Qarabağ bölgəsini Arxas respublikası kimi tanımaqla bağlı qərar çıxarmağa çalışdılar, eyni qayda olaraq Fransa həm də BMT-də Ermənistan-Azərbaycan müharibəsi ilə bağlı, yəni II Qarabağ müharibəsi ilə bağlı Azərbaycana qarşı təcrid siyasəti tutmaq istəyirdi və s. Sonrakı mərhələlərdə Fransanın Azərbaycanın Qarabağ bölgəsində fəaliyyət göstərmiş separatçı rejimə dəstək göstərməsi, beynəlxalq miqyasda Azərbaycana qarşı anti-Azərbaycan mövqeyini tutması, Ermənistan haqsız olduğu halda onu haqlı kimi göstərmək cəhdləri və s. bütün bunlar yaxın tariximizin baş verən prosesləridir”.

Bunu xalqecebhesi.az-a açıqlamasında politoloq Samir Hümbətov deyib.

Politoloq əlavə edib ki, bunların hər biri tərəflər arasında gərginliyə səbəb oldu: “Təbii ki, Azərbaycan da Fransanın layiqli cavabını verirdi, lakin bunlar xoş hal deyildi. Düşünürəm ki, Fransa və Azərbaycan prezidentləri arasında baş tutan son iki görüş yaranmış soyuqluğu aradan qaldırdı. Xüsusən də Kopenhagen görüşündə bu məsələnin yoluna düşməsi, qurulan münasibətlər hər biri düşünürəm ki, bundan sonra Fransa-Azərbaycan əlaqələrinin düzəlməsinə və normal məcraya qayıtmasına şərait yarada bilər”.

S.Hümbətov bildirib ki, Fransanın Azərbaycanda yeni təyin olunmuş səfiri Sofi Laqut Azərbaycan üçün yeni şəxsdir, amma bəzi mesajlar və verdiyi açıqlamalardan görünür ki, ikili münasibətləri düzəltməkdə maraqlıdır: “Onun fəaliyyətinin başlamasından sonra tutacağı mövqedən bizim üçün bəlli olacaq ki, Fransanın Azərbaycanla bağlı mövqeyi nədir. Düşünürəm ki, bu münasibətlərin düzəlməsinə dəstək veriləcək və artıq münasibətlərin normallaşması liderlər səviyyəsində başlayıbsa, artan xətt üzrə davam edə bilər”.

Röya İsrafilova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:91
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 20 Oktyabr 2025 12:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see316

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see240

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see206

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see201

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see199

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see193

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see184

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see184

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see177

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see177

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see170

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see168

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see160

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see160

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see156

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see156

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see148

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see144

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see138

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri