“Müqaviləm var, ona uyğun iş görürəm” Fernandu Santuş | Icma.az
Idmanxeber.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
DÇ-2026-nın seçmə mərhələsinin İslandiya – Azərbaycan matçından (5:0) sonra millimizin baş məşqçisi Fernandu Santuşun mətbuat konfransı keçirilib.
“İlk hissədə komanda yaxşı müdafiə olundu. Düzdür, top daha çox rəqibdə idi, amma ilk yarıda arxa xətdə yaxşı idik.
Çalışırdıq ki, müdafiə olunaraq əks-hücumlara çıxaq. Çətinlik yaradırdıq, standart vəziyyətlərdən istifadə etməyə çalışırdıq.
İlk yarının sonlarında qol buraxdıq. İkinci hissə başlayan kimi ikinci topu qapımızda gördük.
Fasilədə oyunçularıma tapşırdım ki, sakitləşsinlər, tələsməsinlər. 2-ci qolu buraxdıqdan sonra komanda aşağı düşdü.
Dəyişliklər etdim ki, futbolçular buna reaksiya versin, amma olmadı”. – Bilmirsiz, İslandiyadan Portuqaliyaya birbaşa uçuş var? – Bilmirəm.
– Karyeranızda heç istefa vermisiz? Bunun üçün nə lazımdır? – Xeyr. – Səbəb nədir? – Müqaviləm var.
Tam oxu
Xəbəri oxu