Icma.az
close
up
RU
“Müqaviləm var, ona uyğun iş görürəm” Fernandu Santuş

“Müqaviləm var, ona uyğun iş görürəm” Fernandu Santuş

Idmanxeber.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

DÇ-2026-nın seçmə mərhələsinin İslandiya – Azərbaycan matçından (5:0) sonra millimizin baş məşqçisi Fernandu Santuşun mətbuat konfransı keçirilib.

“İlk hissədə komanda yaxşı müdafiə olundu. Düzdür, top daha çox rəqibdə idi, amma ilk yarıda arxa xətdə yaxşı idik. Çalışırdıq ki, müdafiə olunaraq əks-hücumlara çıxaq. Çətinlik yaradırdıq, standart vəziyyətlərdən istifadə etməyə çalışırdıq. İlk yarının sonlarında qol buraxdıq. İkinci hissə başlayan kimi ikinci topu qapımızda gördük. Fasilədə oyunçularıma tapşırdım ki, sakitləşsinlər, tələsməsinlər. 2-ci qolu buraxdıqdan sonra komanda aşağı düşdü. Dəyişliklər etdim ki, futbolçular buna reaksiya versin, amma olmadı”.

– Bilmirsiz, İslandiyadan Portuqaliyaya birbaşa uçuş var?

– Bilmirəm.

– Karyeranızda heç istefa vermisiz? Bunun üçün nə lazımdır?

– Xeyr.

– Səbəb nədir?

– Müqaviləm var.

– Xahiş edirəm şəxsi qəbul etməyin, rüsvay olan azərbaycanlı, rüsvay baş məşqçiyə sual verir. Siz gələndə Millətlər Liqasında C divizionunda idik. Gəldiz, bizi D divizionuna saldız. Bu gün qrupdakı ən zəif komandaya 0:5 hesabı ilə uduzuruq. Meydana sonradan daxil olan futbolçuların 5-dən 3-ü müdafiəçi idi. Futbolda analoqu olmayan əvəzetmələr etdiz. Başa düşdüm ki, sizin istefa vermək fikriniz yoxdur. Mütləq ki, sizə təzminat verib yola salsınlar? Karyeranızda kifayət qədər pul qazanmısız. Bəs özünüzə hörmətiniz? Özünüzə hörmətiniz yoxdur?

– Az öncə dediyim kimi, müqaviləm var. Ona uyğun iş görürəm. İstəyirəm ki, əlimdən gələni edim. 

– Həm start heyətdə səhv etdiz, həm də gedişatı dəyişə bilmədiz. Etiraf edirsiz ki, səbəbkar sizsiz?

– Qolu ilk hissənin sonunda buraxdıq. Çalışdım ki, taktikanı dəyişim, 4-3-3-ə keçim. Amma futbolçular ruhdan düşmüşdülər. Bu, tək mənim günahım deyil, hamının məsuliyyətidir.

– Artıq nüfuzunuzdan heç nə qalmayıb. Hara qədər davam etməyi düşünürsüz?
– Bu, AFFA-nın qərarıdır. İstəsələr danışarıq, həll edərik. 

– Hamı düşünür ki, ən aciz milli budur. Bu sizə necə hiss etdirir?

– Mən bunu qəbul etmirəm. Demirəm ki, yaxşı oynadıq. Mən və futbolçular birlikdə məsuliyyət daşıyırıq. 

– Əgər İslandiyaya 0:5 hesabı ilə uduzuruqsa, Fransa və Ukrayna necə olacaq?

– Ümid edirəm ki, birlikdə daha yaxşı çıxış edərik. Hamımız cəzalandırılmalıyıq, tək mən yox. Futbolda ən asan iş baş məşqçini cəzalandırmaqdır. (Apasport.az)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:218
embedMənbə:https://idmanxeber.az
archiveBu xəbər 06 Sentyabr 2025 01:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see328

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see322

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see321

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see305

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see304

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see287

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see287

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see283

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see270

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see249

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see240

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see239

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see235

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see234

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see234

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see227

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see224

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see202

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see201

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri