Murad Məmmədovdan 2 dəqiqəyə qol

13.08.2026

Icma.az, futbolpress-az portalına istinadən məlumat yayır.

UEFA Avropa Liqasında III təsnifat mərhələsinin cavab qarşılaşmaları keçirilir.

Futbolpress.az xəbər verir ki, Azərbaycan millisinin futbolçusu Murad Məmmədovun şərəfini qoruduğu “Pafos” növbəti matçına çıxıb.

Kipr təmsilçisi doğma azarkeşləri önündə Avstriya “Zalsburq”unu qəbul edib. Qarşılaşma həmyerlimiz üçün xüsusi əlamətdar alınıb. Matçın 82-ci dəqiqəsində şans qazanan Məmmədov meydanda daxil olduqdan cəmi 2 dəqiqə sonra yeni komandasında debüt qolunu vurub.

Bol qollu keçən görüş 3:3 hesablı heç-heçə ilə başa çatıb. İlk matçda 0:1 hesabı ilə məğlub olan “Pafos” iki oyunun nəticəsinə əsasən (3:4) Avropa Liqasında mübarizəni dayandırıb.

Kipr klubu avrokubok yolunu Konfrans Liqasında davam etdirəcək. Məmmədovun komandasının pley-off mərhələsindəki rəqibi “Makkabi” (Təl-Əviv) – ÇSKA (Sofiya) cütünün qalibi olacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью