Murad Məmmədovdan 2 dəqiqəyə qol
Icma.az, futbolpress-az portalına istinadən məlumat yayır.
UEFA Avropa Liqasında III təsnifat mərhələsinin cavab qarşılaşmaları keçirilir.
Futbolpress.az xəbər verir ki, Azərbaycan millisinin futbolçusu Murad Məmmədovun şərəfini qoruduğu “Pafos” növbəti matçına çıxıb.
Kipr təmsilçisi doğma azarkeşləri önündə Avstriya “Zalsburq”unu qəbul edib. Qarşılaşma həmyerlimiz üçün xüsusi əlamətdar alınıb. Matçın 82-ci dəqiqəsində şans qazanan Məmmədov meydanda daxil olduqdan cəmi 2 dəqiqə sonra yeni komandasında debüt qolunu vurub.
Bol qollu keçən görüş 3:3 hesablı heç-heçə ilə başa çatıb. İlk matçda 0:1 hesabı ilə məğlub olan “Pafos” iki oyunun nəticəsinə əsasən (3:4) Avropa Liqasında mübarizəni dayandırıb.
Kipr klubu avrokubok yolunu Konfrans Liqasında davam etdirəcək. Məmmədovun komandasının pley-off mərhələsindəki rəqibi “Makkabi” (Təl-Əviv) – ÇSKA (Sofiya) cütünün qalibi olacaq.
Baxış sayı:119
Bu xəbər 13 Avqust 2026 23:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















