Icma.az, Azertag portalına istinadən məlumat verir. Zaqatala, 22 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC Qırx dörd günlük Vətən müharibəsində şəhi
Onların sırasında 21 yaşında şəhadətə yüksələn Cumayev Orxan Fətəli oğlu da var.Orxan Cumayev 2000-ci il yanvarın 14-də Zaqatala şəhərində a
O, 2006–2017-ci illərdə Zaqatala şəhər 3 saylı tam orta məktəbdə təhsil alıb. 2018-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.
Hərbi xidmətini başa vurduqdan sonra 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətini davam etdirib.Azərbaycan Ordusunun əsgəri olan Orxan Cumayev 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə savaşıb.
O, oktyabrın 30-da Murov dağı istiqamətində aparılan hərbi əməliyyat zamanı şəhid olub. Zaqatala şəhərinin Şəhidlər xiyabanında dəfn olunub.
Subay idi.AZƏRTAC-ın bölgə müxbiri Orxan Cumayevin ailəsində olub, ailə üzvləri ilə görüşüb.Övladı barədə qürurla danışan şəhidin anası Rahilə Cumayeva deyir ki, Orxan uşaqlıqdan çox sakit, mehriban olub, gülər üzü ilə hamının xatirəsində qalıb.
Məktəb illərində öz tərbiyəsinə görə sinifdə seçilən şagirdlərdən olub.
Məktəbi bitirdikdən sonra əsgərliyə getmək üçün çağırış vərəqəsi gələndə hamıdan tez həkim müayinəsindən keçərək, sənədi Dövlət Xidmətinə təqdim edib.