Icma.az
close
up
RU
Menu

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

İran rejimi legitimliyini itirir ŞƏRH

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

Saça yapışan saqqızdan qurtulmağın yolları

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

ATƏT də dərin böhran yaşanır

Murovdağ döyüşlərində şəhidlik zirvəsinə ucalan zaqatalalı qəhrəman

Murovdağ döyüşlərində şəhidlik zirvəsinə ucalan zaqatalalı qəhrəman

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Zaqatala, 22 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC

Qırx dörd günlük Vətən müharibəsində şəhid olan qəhrəman oğullarımız adlarını ən yeni tariximizə qızıl hərflərlə yazdılar. Onların sırasında 21 yaşında şəhadətə yüksələn Cumayev Orxan Fətəli oğlu da var.

Orxan Cumayev 2000-ci il yanvarın 14-də Zaqatala şəhərində anadan olub. O, 2006–2017-ci illərdə Zaqatala şəhər 3 saylı tam orta məktəbdə təhsil alıb. 2018-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. Hərbi xidmətini başa vurduqdan sonra 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətini davam etdirib.

Azərbaycan Ordusunun əsgəri olan Orxan Cumayev 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə savaşıb. O, oktyabrın 30-da Murov dağı istiqamətində aparılan hərbi əməliyyat zamanı şəhid olub. Zaqatala şəhərinin Şəhidlər xiyabanında dəfn olunub. Subay idi.

AZƏRTAC-ın bölgə müxbiri Orxan Cumayevin ailəsində olub, ailə üzvləri ilə görüşüb.

Övladı barədə qürurla danışan şəhidin anası Rahilə Cumayeva deyir ki, Orxan uşaqlıqdan çox sakit, mehriban olub, gülər üzü ilə hamının xatirəsində qalıb. Məktəb illərində öz tərbiyəsinə görə sinifdə seçilən şagirdlərdən olub. Məktəbi bitirdikdən sonra əsgərliyə getmək üçün çağırış vərəqəsi gələndə hamıdan tez həkim müayinəsindən keçərək, sənədi Dövlət Xidmətinə təqdim edib. Xidmətdən ona deyiblər ki, “ayın 14-ü sənin 18 yaşın tamam olur, 15-i isə əsgərə getməlisən. Bəlkə səni növbəti çağırışa saxlayaq?”. Deyib ki, “yox, getmək istəyirəm”.

Şəhid anası söhbətinə davam edərək deyib: “Orxan Quru Qoşunlarında xidmət edirdi. Məzuniyyətə gələrkən onunla ciddi söhbət etdim. Başa saldım ki, əsgərlikdən gələndən sonra özünə bir yol seçməlisən. Dedi ki, “ana, bu günədək sən nə demisən, yox deməmişəm. Ancaq bu dəfə mən öz istəyimə uyğun hərəkət edəcəyəm. Seçimimi etmişəm, hərbidə qalmaq istəyirəm”. Onun hərbiyə həddindən çox marağı var idi, xüsusi təyinatlı dəstədə xidmət etməyə can atırdı. Fikirləşirdim ki, cılız, zəif uşaqdır, hərbidə çox aciz olacaq. Sonda oğlumun seçiminə hörmətlə yanaşaraq, ona öz xeyir-duamı verdim”.

Həqiqi hərbi xidmətini başa vurduqdan sonra Orxan arzusunu reallaşdıraraq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi Vətənə xidmətə başlayır. İkinci Qarabağ müharibəsinin ilk günündən ön cəbhədə düşmənlə savaşan Orxan Cumayev elə həmin gün, sentyabrın 27-də başından yaralanır. Ona ilkin tibbi yardım göstərildikdən sonra yenidən öz istəyi ilə döyüşə atılır. Lakin günün sonunda aldığı yaranın təsirindən eşitmə və görməsində problem yaranan Orxanı təkidlə hərbi xəstəxanaya göndərirlər. Bir müddət müalicə aldıqdan sonra igid gənc yenidən döyüş bölgəsinə qayıdır.

Cəbhə yoldaşlarının sözlərinə görə, Orxan hospitaldan qayıtdıqdan sonra elə hey ön cəbhədə vuruşmağa can atırmış. Döyüş yoldaşları “bir dəfə yaralanmısan, sənə yüksək dağlıq ərazidə döyüşmək olmaz”, - desələr də, israr edirmiş ki, yoldaşlarının yanında olmaq istəyir.

Rahilə xanım danışdıqca kövrəlir: “Oktyabrın 24-ü mənə zəng elədi. Dedi ki, ola bilər, mən sizinlə bir müddət danışa bilmədim, narahat olmayın. Soruşdum, hara gedirsən, heç olmasa onu de. “Pəncərəmizdən baxanda başı qarlı dağları görürsən ha, bax ora” - dedi. Özümdən asılı olmayaraq qışqırdım ki, “sən Murova qalxırsan. Axı yaralısan, qan itirmisən, ora soyuq yerdir”. Dedi ki, “narahat olma, hər şey yaxşı olacaq. Özünüzə yaxşı baxın, bacıma yaxşı bax”. Son sözü bu oldu”.

Orxan və döyüşçü yoldaşları oktyabrın 24-də Murov dağının ən yüksək zirvəsinə qalxıblar. Oraya qalxanadək 3 erməni postunu ələ keçiriblər. 18 nəfərlik dəstə 3 qrupa bölünərək dağın zirvəsində döyüş mövqeyi tutublar. Düşmən pusqu quraraq oktyabrın 30-da onların olduğu yeri müəyyən edib və oranı minamyotla vurub, Orxan da daxil olmaqla, 6 döyüşçümüz şəhidlik zirvəsinə yüksəlib. Qəhrəman Vətən övladları canları bahasına olsa da, Murov dağının zirvəsini tərk etməyiblər. Orxanın nəşi noyabrın 2-də dağdan düşürülüb.

Rahilə ana oğlunun dəfnindən 3 həftə sonra Orxanın şəhid olduğu yerə gedib, onun və döyüşçü yoldaşlarının qaldığı çadırda olub, hərbçilərlə oğlu barədə danışıb. “Sanki o qanlı döyüşlər gözümün önündən keçdi. Uşaqlardan halallıq istədim. Dedim ki, siz mənim balamı o zirvədən düşürməsəydiniz, bəlkə də düşmənin əlinə keçə bilərdi”, - deyə əlavə edir.

Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən, Orxan Fətəli oğlu Cumayev ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib. Şəhidin ailəsi üçün dövlətimiz tərəfindən Zaqatala şəhərində fərdi yaşayış evi də tikilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 Oktyabr 2025 10:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see266

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see248

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see215

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see207

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see202

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see190

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see185

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see177

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see172

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see164

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see163

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see155

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see144

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see143

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see142

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see139

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see136

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see134

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see134

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri