Musa və Nəriman “Liverpul”a, “Napoli”yə qol vursa... | Icma.az
Icma.az, Bizim media portalına istinadən məlumat verir. Avqustun 27-də Azərbaycanın idman ictiamiyyəti gözəl və qürurverici hadisəyə şahidli
Ağdamın peşəkar futbol komandası - “Qarabağ” Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazandı.
Bununla da “Qarabağ” futbolçuları Çempionlar Liqasının mötəşəm himninin paytaxtımızın idman arenasında səslənməsinə və nəhəng futbol komandalarının ölkəmizə gəlişinə vəsilə oldu.Qələbənin uğurlu tərəfləri“Qarabağ” bu uğuru hesabına ölkəmizin futbol həyatına yeni bir nəfəs verdi.
Azərbaycanın milli futbol komandası UEFA-nın reytinqində 3, “Qarabağ” komandası özü isə UEFA-nın reytinqində 12 pillə irəlilədi.
Dünyanın aparıcı idman nəşrləri məmnuniyyətlə öz səhifələrində “Qarabağ”a yer ayırdı.
Ən başlıcası Qafqazdan Çempionlar Liqasının əsas mərhələsində oynayacaq yeganə komanda “Qarabağ” oldu.Bu məsələdə komandamız hətta qardaş Türkiyənin nəhəng komandalarını geridə qoydu.
Təsadüfi deyil ki, Çempionlar Liqasının əsas mərhələsində Türkiyə də Azərbaycan kimi bir komanda ilə çıxış edəcək.Nəzərə alaq ki, bu mərhələdə komandaları çıxış edəcək ölkələrin sayı barmaqla sayılacaq qədər azdır.
Bu isə ölkəmizin adına böyük uğurdur.Bu uğurun daha bir işıqlı tərəfi odur ki, həm “Qarabağ”, həm də “Misli liqası”nda çıxış edən daha 11 komanda büdcəsinə xeyli gəlir gətirəcək.
Tam oxu
Xəbəri oxu