Icma.az
close
up
RU
Musa və Nəriman “Liverpul”a, “Napoli”yə qol vursa...

Musa və Nəriman “Liverpul”a, “Napoli”yə qol vursa...

Icma.az, Bizim media portalına istinadən məlumat verir.

Avqustun 27-də Azərbaycanın idman ictiamiyyəti gözəl və qürurverici hadisəyə şahidlik etdi. Ağdamın peşəkar futbol komandası - “Qarabağ” Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazandı. Bununla da “Qarabağ” futbolçuları Çempionlar Liqasının mötəşəm himninin paytaxtımızın idman arenasında səslənməsinə və nəhəng futbol komandalarının ölkəmizə gəlişinə vəsilə oldu.
Qələbənin uğurlu tərəfləri
“Qarabağ” bu uğuru hesabına ölkəmizin futbol həyatına yeni bir nəfəs verdi. Azərbaycanın milli futbol komandası  UEFA-nın reytinqində 3, “Qarabağ” komandası özü isə UEFA-nın reytinqində 12 pillə irəlilədi. Dünyanın aparıcı idman nəşrləri məmnuniyyətlə öz səhifələrində “Qarabağ”a yer ayırdı. Ən başlıcası Qafqazdan Çempionlar Liqasının əsas mərhələsində oynayacaq yeganə komanda “Qarabağ” oldu.
Bu məsələdə komandamız hətta qardaş Türkiyənin nəhəng komandalarını geridə qoydu. Təsadüfi deyil ki, Çempionlar Liqasının əsas mərhələsində Türkiyə də Azərbaycan kimi bir komanda ilə çıxış edəcək.
Nəzərə alaq ki, bu mərhələdə komandaları çıxış edəcək ölkələrin sayı barmaqla sayılacaq qədər azdır. Bu isə ölkəmizin adına böyük uğurdur.
Bu uğurun daha bir işıqlı tərəfi odur ki, həm “Qarabağ”, həm də “Misli liqası”nda çıxış edən daha 11 komanda büdcəsinə xeyli gəlir gətirəcək. Belə ki, ağdamlılar təxminən 40 milyondan artıq, digər komandalarsa 1,2 milyon manat qazanc əldə edəcəklər. Bu da futbolumuza qoyulan ən yaxşı investisiyadır.
Qurban Qurbanov və onun cəngavərləri
Təbii ki, bu nailiyyətin memarı və qurucusu Qurban Qurbanovdur. Məhz onun əzmkarlığı və səyləri nəticəsində “Qarabağ” bu mərtəbəyə yüksəlib. Onun əcnəbi və yerli futbolçulara qarşı qeyri-adi yanaşması və intuisiyası sözün həqiqi mənasında möcüzələr yaradir.
 

“Transfermarket”də dəyəri ən yaxşı halda 500-600 min avro olan futbolçuları seçərək komandaya toplayaraq Qurban Qurbanov mobil və döyüşkən bir komanda yaradıb. Bu mərhələdə qarşılacağı 8 komandanın büdcəsi “Qarabağ”ın büdcəsindən dəfələrlə böyükdür.


Hətta bu mərhələyə qədər dəf etdiyi 3 ölkənin çempionlarının büdcələri də “Qarabağ”ın büdcəsindən xeyli böyük idi. Bu da o deməkdir ki, ağdamlıların uğurunun mayası pulla yox, zəhmətlə,əzmkarlıqla yoğrulub.
Bəs nədən narazıyıq?
Komandamızın Liqa mərhələsinə çıxmasına sevinib və komandamıza daha böyük dəstəkçi olmaq əvəzinə müxtəlif iradlar səsləndirir, Qurban Qurbanova “ağıl veriririk”. Ən çox səslənən irad odur ki, Liqa mərhələsində hucumçularımızın “dişsiz” olmasıdır. Guya ki, Musa Qurbanlı və Nəriman Axundzadə növbəti oyunlarda ancaq meydanda say dolduracaq.
Bu cür düşünənlər həm “Qarabağ”a, həm Qurban Qurbanova, həm də hər iki hücumçuya çox böyük haqsızlıq edirlər. Unudurlar ki, qazanılan uğurda digər oyunçular kimi bu hücumçuların böyük zəhməti və payı var. Hətta buna qədər Nəriman 2 dəfə, Musa isə bir dəfə rəqib qapısına yol tapa bilib. Üstəlik, bu hücumçular ümumi komanda oyununa böyük pay veriblər.
Nəzərə alaq ki, “Qarabağ” komandasının uğuru hansısa ulduz oyunçular hesabına görə yox, komanda oyunu hesabına qazanılıb. Və komanda oyununda hər iki oyunçunun xüsusi payı var. Ona görə də Liqa mərhələsində oynamaq Musanın və Nərimanın ana südü kimi halal haqqıdır.
Axı necə ola bilər ki, böyük uğurda xüsusi qatqısı olan Musa və Nərimanı kənarda saxlayıb hansısa əcnəbini Liqa mərhələsinin oyunlarına buraxaq?!
Qoy o əcnəbi də 8 qarşılaşmada 2-3 qol vursun. Bu axı nəyi dəyişəcək?! Amma Musanın, Nərimanın “Liverpul”un "Enfild" və yaxud “Napoli”nin Maradonanın adını daşıyan stadionlarında rəqib qapısı qarşısında həyəcanlı anlar yaratması nə qədər qürurverici və həyəcanlı olar. Hələ qol vursalar, bu onların hər birinin adına və Azərbaycan futbolu üçün hansı uğur olduğunu demək artıqdır.
 

Ona görə də hesab edirik ki, Liqa mərhələsində bu uğurun qurucularının oynaması daha ədalətli olar. Qurban Qurbanov da bu haqqı oyunçularına tanıdı. Üstəlik, dünyanın futbolsevərlərinə və futbol menecerlərinə Azərbaycan gənclərini tanımaq imkanı verdi.  


Ona görə də Qurban Qurbanovun Liqa mərhələsi üçün hücumçu transfer etməməsi ən doğru qərardır. Çünki “Qarabağ” ən böyük uğurunu qazanıb, qalanı təfərrüatdır.
Ona görə də bundan sonra bizə “Qarabağ”a növbəti oyunlarda uğur arzulamaq və Çempionlar Liqasının həyəcanını yaşamaq qalır. Adrenalinimiz bol olsun!!!
Surxay Atakişiyev, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://bizim.media
archiveBu xəbər 06 Sentyabr 2025 08:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see401

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see394

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see271

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see252

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see237

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see234

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see229

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see226

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see225

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see208

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see199

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see198

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see196

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see193

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see189

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see189

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see186

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see185

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see184

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri