Icma.az bildirir, Modern.az saytına əsaslanaraq. “Yüksəliş” müsabiqəsinin beşinci mövsümünün qalibləri müəyyənləşib.
Belə ki, final mərhələsində iştirak edən 124 namizəddən ən yüksək bal toplayan 20 nəfər qalib adını qazanıb.
Qalib adını qazananlardan biri də həkim-psixatr Ramil Hüseynzadədir.
Modern.az xəbər verir ki, AzEdu.az bu münasibətlə R.Hüseynzadə ilə əlaqə saxlayıb, təəssüratlarını öyrənib.
- Sizi ilk növbədə "Yüksəliş" müsabiqəsinin qalibi olmağınız münasibətilə təbrik edir, gələcək fəaliyyətinizdə uğurlar arzu edirik.
Çox istərdik ki, sizi daha yaxından tanıyaq. - Təşəkkür edirəm.
Mən, Ramil Hüseynzadə 2011-ci ildə 695 balla Azərbaycan Tibb Universitetinə qəbul olub və oranı fərqlənmə diplomu ilə bitirmişəm.
Daha sonra psixiatriya üzrə rezidentura təhsilinə başlayaraq, bu sahədə ixtisaslaşmışam.