Icma.az
close
up
RU
Menu

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

İran rejimi legitimliyini itirir ŞƏRH

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

Saça yapışan saqqızdan qurtulmağın yolları

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

ATƏT də dərin böhran yaşanır

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

Müsabiqə mənə bu iki dəyəri qazandırdı “Yüksəliş”in QALİBİ

Müsabiqə mənə bu iki dəyəri qazandırdı “Yüksəliş”in QALİBİ

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

“Yüksəliş” müsabiqəsinin beşinci mövsümünün qalibləri müəyyənləşib. Belə ki, final mərhələsində iştirak edən 124 namizəddən ən yüksək bal toplayan 20 nəfər qalib adını qazanıb.

Qalib adını qazananlardan biri də həkim-psixatr Ramil Hüseynzadədir.

Modern.az xəbər verir ki, AzEdu.az bu münasibətlə R.Hüseynzadə ilə əlaqə saxlayıb, təəssüratlarını öyrənib.

- Sizi ilk növbədə "Yüksəliş" müsabiqəsinin qalibi olmağınız münasibətilə təbrik edir, gələcək fəaliyyətinizdə uğurlar arzu edirik. Çox istərdik ki, sizi daha yaxından tanıyaq.

- Təşəkkür edirəm. Mən, Ramil Hüseynzadə 2011-ci ildə 695 balla Azərbaycan Tibb Universitetinə qəbul olub və oranı fərqlənmə diplomu ilə bitirmişəm. Daha sonra psixiatriya üzrə rezidentura təhsilinə başlayaraq, bu sahədə ixtisaslaşmışam. Xaricdə ixtisasartırma kursları keçərək bilik və bacarıqlarını daha da təkmilləşdirmişəm.

Məcburi xidmət dövründən sonra müxtəlif tibb müəssisələrində psixiatriya sahəsində fəaliyyət göstərmişəm. Ən son 2023-cü ildə Lənkəran Psixiatriya Xəstəxanasına baş həkim təyin olundum və bu vəzifəni 2025-ci ilə qədər icra etdim. O istəyimlə işdən ayrıldım. 

Hazırda Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin poliklinikasının rəisi vəzifəsində çalışıram. Ailəliyəm, 2 övlad atasıyam və çox xoşbəxtəm.

- Müsabiqəyə qatılmaq qərarını necə verdiniz?

- Müsabiqəyə qatılmaq qərarım xüsusi bir mexanizmə əsaslanmırdı. Sadəcə sosial şəbəkələrdə elanları görürdüm. İlk dəfə “Yüksəliş” layihəsinin elanını gördüm, amma müsabiqənin formatı barədə məlumatım yox idi. Düşünürdüm ki, sadəcə testləri cavablandırmaqla qalib gəlmək mümkündür.

2024-cü ildə ilk dəfə qeydiyyatdan keçməyə cəhd etdim, və idarəetmə mərhələsində uğursuz oldum. Amma həmin mərhələdə təqdim olunan sualların tərzi, məntiqi düşüncəni, IQ-nu, hadisələrə yanaşmanı və intelekti yoxlaması məni çox maraqlandırdı.

2025-ci ildə müsabiqənin elanını yenidən sosial şəbəkələrdə gördüm və düşündüm: “Niyə də bir daha cəhd etməyim?” Beləcə yenidən qeydiyyatdan keçdim.

- Yarışın hansı mərhələsi sizin üçün daha çətin və ya daha həyəcanlı oldu? 

- Yarışın yarımfinal və final mərhələləri daha maraqlı olur. Hətta deyərdim ki, final mərhələsi daha çətindir. Final mərhələsinin marağı ondadır ki, burada səni nəyə görə ölçdüklərini, hansı kriteriyalarla qiymətləndirdiklərini dəqiq bilmirsən. Bu, illərlə alışdığımız test yanaşmasından fərqlidir. Burada konkret A variantı seçib “doğru cavab budur” demək mümkün deyil.

Yarış komanda şəklində aparılır və bu zaman maraqlı bir dinamika yaranır: komanda yoldaşlarınla həm əməkdaşlıq etməlisən, həm də əslində onlarla rəqabət aparırsan. Balansı qorumaq çox vacibdir. Əgər komanda ruhuna çox qapılsan, liderlik xüsusiyyətlərin görünmür. Əgər təkcə liderliyə fokuslansan, komandanı özündən uzaqlaşdıra bilərsən. Məhz bu incə tarazlığı tapmaq finalın əsas çağırışıdır.

Üstəlik, finala gələn 123 nəfər artıq ən güclülərdir və burada heç kimə asanlıqla liderlik etmək olmur. Hər kəs kifayət qədər bacarıqlı, özünə inamlı və iddialıdır.

- Bu müsabiqə sizə özünüzlə bağlı hansı yeni xüsusiyyətləri və bacarıqları kəşf etdirdi? 

- Yarımfinal mərhələsi sonunda bizə hesabat verilir. O hesabatı oxuduğun vaxtda özünü görə bilirdinmi? Bəli. Özümü görə bildiyimə görə də bu insanın öz zəif tərəflərini görə bilməyə gətirib çıxarırdı. Bəzən anlayırdım ki, əslində mən heç də düşündüyüm qədər məsələn, çox yaxşı lider deyilmişəm.

Amma tutaq ki, yaxşı qərar vermə qabiliyyətim var. O zaman liderliyə bir yatırım etmək lazım gəlir. İşin digər tərəfi də odur ki, bəzən masadan-masaya dəyişirdi. Həyat necə dəyişkəndirsə, ordakı situasiyalarda özümüzü göstərmə qabiliyyətimizdə dəyişkəndir. 

- Sağlamlıq sahəsində çalışan biri kimi iştirak etməyin sizə fərqli yanaşma qazandırdığını düşünürsünüzmü? 

- Bəli. Bu iki cür fərqli yanaşma verirdi. Birincisi, terapiya ilə məşğul olan psixatr olduğuma görə bəzi məsələləri klassik olaraq marketinqin metodikalarıyla yox, psixoterapiyanın sorğulama metodları ilə edirdim. Baxırdım ki, qərar vermədə yüksək bal toplamışam.

Buna səbəb olan nə idi? Terapiyadakı qərar vermə metodikasının üsullarından istifadə etməyimdir. İkincisi isə nəticə etibarı ilə psixoterapiya insanlarla işləyən bir sahədir. İnsanların problemlərini dinləyirik, onun daxili dünyasına keçid edirik.

Nəticə də masada əyləşən əməkdaşlara baxdığımız zaman bunu təxmin edə bilirik ki, bu yoldaşın xasiyyəti böysk ehtimal ki, belədir. Həmin yoldaşla sakit danışmağın ciddi bir faydası yoxdur. Lakin digər bir yoldaşa hər kəsin qışqırdığı vaxtı sən sakit cümlə deyərkən ona daha effektiv təsir etmiş olacaq.

- Qalib olmaq sizin üçün nə ifadə edir?

- Bu çox yaxşı sualdır. Yarımfinalın ilk yarış günü hələ getməmişdən əvvəl yolda bir kitab oxuyurdum. Həmin kitab nəticəsində də həyatımı, yarışı sorğulamağa başlayırdım. Öz-özümə bunu düşünürdüm ki, bu yarış mənə nə qazandırır? Qazandırdığı mentorlarla görüşdür.

Məncə bu çox dəyərlidir. Amma bəzən insana həyat daha çox şey öyrədir. Yəni içinə düşüdüyün situasiya daha çox öyrədir, nəinki kənardan başqasının olduğu situasiyalar. Adlar da dəyərlidir, amma adların mütləq bir zərurət olduğunu düşünmürəm. Üçüncüsü isə müəyyən bir məbləğ qazanmış olursan. Bu çox yaxşı məbləğdir, lakin həyat boyu qazanılmayacaq məbləğ də deyil.

Ona görə də düşünürdüm ki, "Yüksəliş" mənə 2 dəyər qazandırmış olacaq. Birincisi yaxşı mühit, ikincisi isə yaxşı bir təcrübə qazandıracaq. Çünki həyatımda ilk dəfə bu tipli yarışa qatılırdım və ilk dəfə elə bir mühit görürdüm. Bütün bunlar çox dəyərlidir.

Gələcək hədəfimi dəyişdirmədi. Həyatda müəyyən bir prinsiplərim var və onları qoruyuram. Bir hədəfə doğru irəliləyirəm. Hədəfin bazası faydalı olmaqdır.

- Bu uğura gedən yolda sizi motivasiya edən əsas dəyərlər və prinsiplər nələr olub? 

- Sözün düzü, mühit, ailəm, dostlarım və yoldaşm məni motivasiya etdi. Övladlarım bunu çox da başa düşmürlər, amma onlarln varlığı belə motivasiyadır. Bütün bu dəyərlər məni motivasiya etdi. Niyə? Çünki dəyərlər insana həyatda qalma və ayaq üstə irəliləmə səbəbi verir. Həyatda heç bir imtahanın bir son olmadığını göstərir. 

- Uğur qazanmaq istəyən gənclərə nə tövsiyə edərdiniz?

- İlk növbədə uğur nədir? Özümüz özümüzdə bunu dəqiqləşdirməliyik. Uğur addımı?, şan-şöhrətdirmi? Mənə görə uğur insanın bir qədər özünü tanıyıb, öz həddini bilməsi və özünü olduğu kimi qəbul etməsi həmçinin, zəif və güclü tərəflərini anlayıb, bununla müəyyən prinsiplərlə həyatda davam etməsidir. Məsələn, "Yüksəliş"in final gününün sonunda öz-özümə düşünürdüm ki, əgər mənə mikrafon versəydilər orda nə deyərdim?

Ona deyərdim ki, əgər bu "Yüksəliş" yarışında bir masada olduğum əməkdaşlardan kiminsə sözünü kəsmişəmsə üzr istəyirəm deyə söylərdim.

Çünki düşünmürəm ki, heç bir qalibiyyət, maddiyyat kiminsə xətrinə dəyməkdən daha dəyərlidir. Buna görə də gənclərə əsas tövsiyəm ilk olaraq uğurun nə olduğunu dəqiqləşdirməkdən ibarətdir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:62
embedMənbə:https://modern.az
archiveBu xəbər 24 İyul 2025 00:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see270

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see257

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see216

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see209

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see205

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see191

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see187

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see184

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see178

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see174

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see166

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see165

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see149

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see147

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see146

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see144

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see143

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see137

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see135

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri