Müsavat başqanlığına keçmiş namizədin qətli: Məktəb direktorunun müavini məhkəmədə bu əməl…
Bizimyol portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Müsavat başqanlığına namizəd olmuş Natiq Mehdini qətlə yetirməkdə təqsirləndirilən məktəb direktorunun müavini Elsevər İslamov məhkəmədə bu hadisəni törətməsinin səbəbini açıqlayıb.
Onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə baxılır.
Bizimyol.info xəbər verir ki, müsavatçını öldürməkdə ittiham olunan 1966-cı il təvəllüdlü Elsevər İslamov Bakının Xətai rayonundakı 55 saylı orta məktəbin direktor müavini olub.
Mərhum Natiq Mehdi isə həmin məktəbdə gözətçi işləyirdi. Yanvarın 15-də məhkəmədə ifadə verən Elsevər İslamov bildirib ki, hadisəni törədərk
Direktor müavininin sözlərinə görə, gecə iş yoldaşı ilə kafedə yeyib-içəndən sonra məktəbə yollanıb.
Orada işıqların yanmadığını, qapıların isə açıq olduğunu görüb. Elsevər İslamov həmin vaxt Natiq Mehdinin yatdığının da şahidi olub.
Əvvəlcə zarafat məqsədilə onun şəklini çəkib: “Yuxudan ayılmadı. Əlimlə taxtaya vuranda oyandı.
Tam oxu
Xəbəri oxu