Icma.az
close
up
RU
Müsavat başqanlığına keçmiş namizədin qətli: Məktəb direktorunun müavini məhkəmədə bu əməlinin səbəbini açıqladı

Müsavat başqanlığına keçmiş namizədin qətli: Məktəb direktorunun müavini məhkəmədə bu əməlinin səbəbini açıqladı

Bizimyol portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Müsavat başqanlığına namizəd olmuş Natiq Mehdini qətlə yetirməkdə təqsirləndirilən məktəb direktorunun müavini Elsevər İslamov məhkəmədə bu hadisəni törətməsinin səbəbini açıqlayıb. Onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə baxılır.

Bizimyol.info xəbər verir ki, müsavatçını öldürməkdə ittiham olunan 1966-cı il təvəllüdlü Elsevər İslamov Bakının Xətai rayonundakı 55 saylı orta məktəbin direktor müavini olub. Mərhum Natiq Mehdi isə həmin məktəbdə gözətçi işləyirdi.

Yanvarın 15-də məhkəmədə ifadə verən Elsevər İslamov bildirib ki, hadisəni törədərkən sərxoş vəziyyətdə olub. Direktor müavininin sözlərinə görə, gecə iş yoldaşı ilə kafedə yeyib-içəndən sonra məktəbə yollanıb. Orada işıqların yanmadığını, qapıların isə açıq olduğunu görüb. Elsevər İslamov həmin vaxt Natiq Mehdinin yatdığının da şahidi olub. Əvvəlcə zarafat məqsədilə onun şəklini çəkib: “Yuxudan ayılmadı. Əlimlə taxtaya vuranda oyandı. Şəklini çəkdiyimi biləndə buna aqressiv reaksiya verdi. Ona qapıları açıq saxlamasını, yatmasını, danışanda ayağa qalxmamasını irad bildirdim. Cavabında “içib gəlmisən üstümə” deyərək söyüş söydü. Özümü saxlaya bilməyib onu vurdum. Zərbədən yerə yıxıldı, mən isə onun qarnına, başına zərbə vurmağa davam elədim”.

Elsevər İslamov deyir ki, Natiq Mehdinin başına axırıncı yumruq zərbəsindən sonra gözətçi huşunu itirib. Onun öldüyünü biləndə meyiti hissələrə ayırıb ki, maşına yerləşdirə bilsin və aparıb kənar bir ərazidə basdırsın.

Məhkəmədə zərərçəkmişin hüquqi varisi qismində mərhum müsavatçının bacısı Yeganə Mehdi tanınıb. O da məhkəmədə ifadə verib və şikayətçi olduğunu deyib.

Yeganə Mehdi “Bizimyol.info” xəbər portalına bildirib ki, qardaşı Anadolu Universitetini bitirib. Məktəbdə 2005-ci ildən işləyirdi: “Direktor müavini ona əvvəllər də problem yaradırdı”.

Zərərçəkmiş hadisənin söyüşə görə baş verməsi haqda təqsirləndirilən şəxsin dedikərini də qəbul etmir. Yeganə Mehdi qardaşının ümumiyyətlə, söyüşdən, təhqirdən uzaq olduğunu bildirir: “Mümkün deyil, Natiq söyüş söyən deyildi. İkincisi, mübahisə edəndə adamı öldürürlər? Direktora deyirəm ki, bu qədər töhmət verdiyiniz, problemli adamı niyə işdə saxlamışdınız? Cavab verir ki, “uşaqlarla münasibətləri yaxşı idi”.

Yeganə Mehdi bildirir ki, Türkiyədə yaşasa da, hər gün bir neçə dəfə qardaşı ilə əlaqə saxlayırdı. Hadisə günü qardaşına mesaj göndərib, amma cavab gəlməyib: “Əvvəlcə düşündüm ki, başı qarışıqdır. Bir gün cavab verməyəndə narahat olmağa başladım. Bacım oğluna zəng vurub soruşdum, dedi ki, “biz də onu axtarırıq”.

Natiq Mehdi mayın 10-da işə getmək adıyla şəxsi avtomobili ilə evdən çıxıb, yaxınları dörd gün ondan xəbər ala bilməyib. Mayın 14-də hüquq-mühafizə orqanları onun qətlə yetirildiyini müəyyənləşdirib. Meyiti Xəzər rayonu ərazisində tapılıb.

Aytən, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 15 Yanvar 2025 19:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see317

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see257

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see220

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see209

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see203

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see195

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see187

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see185

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see181

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see172

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see170

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see161

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see158

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see149

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see146

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see141

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see138

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see132

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see131

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri