Musayevin “Krasnodar”ı Rusiyada yeni tarix yazdı! | Icma.az
Footbal-plus saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Rusiyada gərgin çempionluq mübarizəsi başa çatdı və bütün suallara son turda aydınlıq gəldi.Moskva “Dinamo”sunun üzvləri Krasnodara qisas hissi ilə gəldiklərini gizlətmirdilər.
Axı ötən il də bu komandalar son turda Krasnodarda qarşılaşmış və taleyi öz əlində olan “Dinamo” minimal hesabla uduzaraq çempionluğu əldən vermişdi.
Amma qisas almaq mümkün olmadı. “Dinamo”nun yeganə uğuru fasiləyə qədər qol buraxmamaq oldu.
İkinci hissə başlayan kimi Kordoba yerli fanatları sevincdən dəli olmaq həddinə çatdırdı.
Qalan müddətdə daha iki qol vuran “Krasnodar” inamlı qələbə ilə tarixinin həm ilk çempionluğunu, həm də ilk titulunu qazandı!
Özü də 2008-ci ildə yaradılan “öküzlər” ilk çempionluğu bizə yaxşı tanış olan məşqçi – Murad Musayev ilə əldə etdilər.
Bu mütəxəssis də öz növbəsində məşqçi karyerasının ilk titulunu qazandı.
Tam oxu
Xəbəri oxu