Icma.az
close
up
RU
Musayevin “Krasnodar”ı Rusiyada yeni tarix yazdı!

Musayevin “Krasnodar”ı Rusiyada yeni tarix yazdı!

Footbal-plus saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Rusiyada gərgin çempionluq mübarizəsi başa çatdı və bütün suallara son turda aydınlıq gəldi.

Moskva “Dinamo”sunun üzvləri Krasnodara qisas hissi ilə gəldiklərini gizlətmirdilər. Axı ötən il də bu komandalar son turda Krasnodarda qarşılaşmış və taleyi öz əlində olan “Dinamo” minimal hesabla uduzaraq çempionluğu əldən vermişdi. Amma qisas almaq mümkün olmadı.
“Dinamo”nun yeganə uğuru fasiləyə qədər qol buraxmamaq oldu. İkinci hissə başlayan kimi Kordoba yerli fanatları sevincdən dəli olmaq həddinə çatdırdı. Qalan müddətdə daha iki qol vuran “Krasnodar” inamlı qələbə ilə tarixinin həm ilk çempionluğunu, həm də ilk titulunu qazandı!
Özü də 2008-ci ildə yaradılan “öküzlər” ilk çempionluğu bizə yaxşı tanış olan məşqçi – Murad Musayev ilə əldə etdilər. Bu mütəxəssis də öz növbəsində məşqçi karyerasının ilk titulunu qazandı. “Krasnodar” müstəqillik dönəmində “Spartak” (10), “Zenit” (10), ÇSKA (6), “Lokomotiv” (3), “Rubin” (2) və “Alaniya”nın (1) ardından Rusiya çempionu olan 7-ci komanda kimi tarixə düşdü.
Digər oyunlara gəlincə, “Zenit”, gözlənildiyi kimi, “Axmat”ı məğlub etsə də, bu qələbə Sankt-Peterburqda heç kimi sevindirmədi. Piterlilərin 6 illik hegemonluğuna son qoyuldu. Özü də yubiley ilində. “Zenit” yüzilliyini qeyd etdiyi ili titulsuz başa vurmalı oldu! Həm də komanda ardıcıl çempionluqların sayı baxımından da rekordu yeniləyə bilmədi. Daha öncə 1996-2001-ci illərdə “Spartak” da 6 dəfə çempion olmuşdu. Ən maraqlısı odu ki, “Zenit” ötən il 59 xalla çempion olmuşdusa, bu il 66 xalla bunu bacarmadı!
Tur favoritlər üçün uğurlu keçdi. ÇSKA premyer-liqada məğlubiyyətsiz seriyanı 14 oyuna yüksəldərək bürünc medallara sahib çıxdı. “Ximki”yə 5 cavabsız qol vuran “Spartak” 2022-nin oktyabrından bəri ən böyükhesablı qələbəsini qazandı.
Maraqlıdı ki, o vaxt da bu hesab məhz bu rəqiblə oyunda qeydə alınmışdı. Uqalde 9 oyunluq qolsuz seriyaya son qoydu və 17-ci qolunu vurmaqla mövsümü bombardir kimi tamamladı. “Lokomotiv” son oyunda debütant “Akron”u səfərdə darmadağın etdisə, “Rubin” evdəki qələbə seriyasını 7 oyuna çatdırdı.
30-cu tur
Zenit – Axmat 3:0

Mostovoy, 25-p.; 45+6-p. Pedro Enrike, 59.
Zenit: Latışonok, Mantuan (Qondu, 84), Drkuşiç, Nino, Santos, Qorşkov, Barrios, Pedro Enrike, Luis Enrike (Yerakoviç, 70), Mostovoy (Kassyerra, 70), Sobolev (Yeroxin, 82).
Krasnodar - Dinamo M 3:0
Kordoba, 46. Krivtsov, 81. Spertsyan, 90+10-p.
Krasnodar: Aqkatsev, Petrov (Qonsales, 33), Tormena, Kosta, Olasa, Çernikov, Pina, (Krivtsov, 58), Batçi (Kobnan, 78), Spertsyan, Sa, Kordoba.
ÇSKA - Nijni Novqorod 2:0
Oblyakov, 39-p. Şumanski, 90.
ÇSKA: Akinfeyev, Qayiç (Kellven, 76), Diveyev, Roşa, Moyzes, Pyaniç (Bandikyan, 90+2), Koyta (Alerrandro, 82), Oblyakov, Kislyak, K.Qlebov (Fayzullayev, 76), Musayev (Şumanski, 82).
Spartak – Ximki 5:0
Umyarov, 4. Uqalde, 36. Qarsiya, 82. Manqaş, 84. Zobnin, 88.
Spartak: Maksimenko, Xluseviç, Duarte, Babiç, Ryabçuk (Çernov, 80), Umyarov (Prutsev, 79), Barko (Zobnin, 61), Solari (Manqaş, 79), Markinyos, Qarsiya, Uqalde (Massaliqa, 79).
Akron – Lokomotiv 1:4
Morozov, 85-öz qapısına – Batrakov, 24-p. Vorobyov, 48. Pinyayev, 61. Dmitriyev, 90+2-öz qapısına.
Lokomotiv: Lantratov, Silyanov, Montes, Morozov, Fasson, Barinov, Karpukas (Topinka, 90+5), Pinyayev (Sarveli, 84), Saltıkov (Rakov, 56), Batrakov, Vorobyov (Süleymanov, 84).
Rubin – Orenburq 4:2
Şabanhacay, 5; 24. Daku, 7. Yoçiç, 88 – Marin, 11. Mansilya, 22.
Dinamo Mh – Rostov 1:1
Kasintura, 45 – Komarov, 73.
Fakel – Krılya Sovetov 1:1
İlyin, 86-p. – Oroz, 29.
Yekun cədvəl
1. Krasnodar 30 20 7 3 59-23 67
2. Zenit 30 20 6 4 58-18 66
3. ÇSKA 30 17 8 5 47-21 59
4. Spartak 30 17 6 7 56-25 57
5. Dinamo M 30 16 8 6 61-35 56
6. Lokomotiv 30 15 8 7 51-41 53
7. Rubin 30 13 6 11 42-45 45
8. Rostov 30 10 9 11 41-43 39
9. Akron 30 10 5 15 39-55 35
10. Krılya Sovetov 30 8 7 15 36-51 31
11. Dinamo Mh 30 6 11 13 27-35 29
12. Ximki 30 6 11 13 35-56 29
13. Nijni Novqorod 30 7 6 17 27-54 27
14. Axmat 30 4 13 13 27-48 25
15. Orenburq 30 4 7 19 28-56 19
16. Fakel 30 2 12 16 14-42 18
Bombardirlər: Uqalde (Spartak) – 17, Daku (Rubin) – 15, Batrakov (Lokomotiv) – 14.
Oyundan sonra
Murad Musayev, “Krasnodar”ın baş məşqçisi:

“İnanılmaz hisslər keçirirəm. Bu hissləri yalnız yeni körpənin doğulması ilə müqayisə etmək olar. Ən böyük arzum həyata keçdi. Çünki mən özüm də Krasnodardanam. Hələ bu uğurun böyüklüyünü tam dərk etmirik. Oyunçularımın son matça bu dərəcədə köklənməsi, bir saniyə də konsentrasiyanı itirməməsi xoşuma gəlirdi. Biz bu anı yaşamaq üçün çox çətinlikdən keçdik. Hamı başa düşürdü ki, sonuncu addımı atmağın zamanıdı. Bu tarixi şansı əldən verə bilməzdik. Bu klubla ilk çempionluğu yaşamaq mənə qismət oldu. Bu zəfəri Sergey Qalitskiyə, ailəmə və bütün fanatlarımıza həsr edirəm. Bu mövsümdəki “Krasnodar”ın əvvəlkilərdən əsas fərqi xarakterdədi. Əvvəlki mövsümlərin heç birində komandada belə güclü xarakter və intizam olmamışdı. Hər kəs eyni hədəfə çatmağa çalışdı. Bu gün oyunçular nə qədər pivə içə bilər? Ürəkləri istəyən qədər. Sergey Semak oyundan bir qədər sonra zəng vuraraq bizi təbrik etdi. Bu da onun insani keyfiyyətlərini göstərir. Çox böyük insandı və məğlubiyyəti qəbul etməyi bacarır. Ondan təbrik qəbul etmək çox xoş oldu”.

Sergey Semak, “Zenit”in baş məşqçisi:

“Həm bugünkü, həm də bu mövsümdəki dəstəyə görə fanatlarımıza təşəkkür edirəm. Çempionatda ən çox azarkeş bizim stadiona gəlir. Təəssüf ki, hər il qalib olmaq mümkün deyil. Klubun yüzillik yubileyi münasibətilə fanatlarımızı təbrik edirəm. Bu il çempion ola bilməsək də, klubun tarixində kifayət qədər titullar var. Əslində mövsümü pis keçirmədik. 66 xal və 20 qələbə çox yaxşı göstəricidi. Əminliklə deyə bilərəm ki, bu mövsümü ötən mövsümdən güclü keçirdik. Ancaq məhz bu il bu xal çempionluq üçün kifayət etmədi. Ötən ilin əvəzinə çempionluğu bu il qazanmağımız daha ədalətli olardı. İstefa? Müqaviləmin müddəti davam edir. Nəticələrin qənaətbəxş olub-olmadığına isə rəhbərlik qərar verəcək. “Krasnodar”ın da haqqını vermək lazımdı. Hər halda, mövsümü bizdən daha az xal itkisi ilə tamamladılar”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:218
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 05 İyun 2025 13:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see387

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see382

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see295

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see293

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see262

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see254

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see254

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see249

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see247

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see234

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see233

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see220

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see209

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see206

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see202

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see200

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see193

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see192

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see192

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri