Xalqcebhesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Blumberq“ nəşri məlumat yayıb ki, Türkiyə Pakistan və Səudiyyə Ərəbistanı arasındakı hərbi ittifaqa qoşula bilər.
Məlumata görə, ölkələr arasında danışıqlar aparılıb və yaxın vaxtda razılaşma əldə oluna bilər.
Qeyd edək ki, ötən ilin sentyabrında Səudiyyə Ərəbistanı və Pakistan hərbi ittifaq yaradıb.
Belə ki, bu ölkələrdən hər hansı birinə hücum olarsa, iki ölkə birgə hərəkətə keçəcək.
Pakistanın müdafiə sənayesi naziri Raza Hayat Hirac məlumat yayıb ki, Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə aylarla davam edən danışıqlardan sonra üçtərəfli müdafiə müqaviləsi hazırlayıblar.
Layihə hələ də nəzərdən keçirilir və tam konsensus tələb edir.
“Regional zorakılığın artmasına qarşı tədbir kimi qəbul edilən bu pakt üç ölkənin müxtəlif, lakin bir-birini tamamlayan güclərini bir araya gətirəcəyini vurğulayır.