Icma.az bildirir, Azpost portalına istinadən. Musiqi ağrıları və narahatlığı azaldır.
Azpost.info bildirir ki, Kaliforniya Universitetinin Tibb Kollecindən olan tədqiqatçılar bunu subut edən hesabatı Amerika Cərrahlar Konqresində təqdim ediblər.
Bu ümidverici nəticələrin əsasını insanların əməliyyatdan sonra sağalması ilə bağlı 35 araşdırma təşkil edib.
Məlum oldu ki, istər qulaqlıq, istərsə də dinamiklər vasitəsilə sevimli musiqini dinləmək ağrı və narahatlığı azaldır, ürək döyüntülərini normallaşdırır.
Musiqisevərlər daha az ağrıkəsici dərmana ehtiyac duyurlar və daha tez sağalırlar.
Musiqi dinləyən insanlar sevimli melodiyaları ilə sakitləşməyənlərə nisbətən dəqiqədə təxminən 4,5 daha az döyüntülərə sahib olublar.
Normal ürək dərəcəsi bədəndə oksigenin sağlam dövranı və qida maddələrinin sistem və orqanlara paylanmasıdır.
Narahatlığın aşağı səviyyəsi o deməkdir ki, enerji “yan” təcrübələrə sərf edilməyəcək, bərpa prosesi daha sürətli və daha uğurla gedə bilər.