Musiqiçimiz Ankarada mükafata layiq görülüb

26.11.2026

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Ankarada fəaliyyət göstərən “Səda” musiqi kurslarının təsisçisi və müəllimi Aytən Rəhimova Türkiyədə 24 Noyabr Müəllimlər Günü münasi­bətilə keçirilən mərasimdə “Vəfa” mü­kafatına layiq görülüb. 

Mamak Bələdiyyəsinin Mədəniyyət Mərkəzində təşkil olunan məclisdə müəl­limlərin əməyi və təhsildəki rolu vurğula­nıb, həmyerlimizin qardaş ölkədə musiqi təhsilinə töhfəsi qeyd edilib. 

Xatırladaq ki, 2022-ci ildən Ankarada fəaliyyət göstərən “Səda” musiqi kursuna rəhbərlik edən Aytən Rəhimova fortepia­no başda olmaqla, müxtəlif musiqi alətləri üzrə tədris aparır. Soydaşımız Azərbaycan musiqisinin, muğam ənənəsinin və milli mədəniyyətimizin Türkiyədə təbliğinə, iki ölkə arasında mədəni əlaqələrin möhkəm­ləndirilməsinə də bacardığı köməyi əsirgə­mir. 

XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью