Musiqiçimiz Ankarada mükafata layiq görülüb
Icma.az bildirir, Xalq qazeti portalına istinadən.
Ankarada fəaliyyət göstərən “Səda” musiqi kurslarının təsisçisi və müəllimi Aytən Rəhimova Türkiyədə 24 Noyabr Müəllimlər Günü münasibətilə keçirilən mərasimdə “Vəfa” mükafatına layiq görülüb.
Mamak Bələdiyyəsinin Mədəniyyət Mərkəzində təşkil olunan məclisdə müəllimlərin əməyi və təhsildəki rolu vurğulanıb, həmyerlimizin qardaş ölkədə musiqi təhsilinə töhfəsi qeyd edilib.
Xatırladaq ki, 2022-ci ildən Ankarada fəaliyyət göstərən “Səda” musiqi kursuna rəhbərlik edən Aytən Rəhimova fortepiano başda olmaqla, müxtəlif musiqi alətləri üzrə tədris aparır. Soydaşımız Azərbaycan musiqisinin, muğam ənənəsinin və milli mədəniyyətimizin Türkiyədə təbliğinə, iki ölkə arasında mədəni əlaqələrin möhkəmləndirilməsinə də bacardığı köməyi əsirgəmir.
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 26 Noyabr 2026 11:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















