Mustafa sellofanda pulu verdi, arvadı gəlib apardı Modelyerin atasını qətlə yetirənlərin c…
Unikal.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Məşhur modelyer Elnarə Bəkirovanın atası, biznesmen Kamran Bəkirovu öldürməkdə təqsirli bilinən Mustafa Zeynalov və Namiq Əliyevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
"Unikal"ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə şahid qismində İsmayıl Salman oğlu ifadə verib: "Həmin gecə Mustafa gəlib qapıma, üstündə pul var idi, qoydu bizə sonra gecə saat 1-də keçmiş yoldaşı Rübabə gəldi, həmin sellofan pulu apardı.
Dedim nəsə olub, dedi dostum hadisə törədib onunla əlaqədar gedirəm bölməyə. Maşında Namiqlə bir yerdə idi.
Bir az sonra polisdən çağırdılar ki, xalan oğlu Mustafa adam öldürüb.
Həmin gün axşam saat 8-də Mustafa mənimlə mənə məxsus avtoyuma məntəqəsinə gəldi, "Fiat Double" avtomobili ilə, sellofanda olan pulu verdi mənə, dedi əmanətdir, sonra çıxdı getdi.
Gedəndə dedi məni soruşan olsa de ki, iftarda sizdə olmuşam".
Zərərçəkən şəxsin hüquqi varisi Elnarə Bəkirova: "Cinayətin törədilməsində birbaşa xalası oğlu İsmayılın rolu var, bunu bilin".
Tam oxu
Xəbəri oxu