Icma.az
close
up
RU
Mustafa sellofanda pulu verdi, arvadı gəlib apardı Modelyerin atasını qətlə yetirənlərin cinayət işi

Mustafa sellofanda pulu verdi, arvadı gəlib apardı Modelyerin atasını qətlə yetirənlərin cinayət işi

Unikal.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Məşhur modelyer Elnarə Bəkirovanın atası, biznesmen Kamran Bəkirovu öldürməkdə təqsirli bilinən Mustafa Zeynalov və Namiq Əliyevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

"Unikal"ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə şahid qismində İsmayıl Salman oğlu ifadə verib: "Həmin gecə Mustafa gəlib qapıma, üstündə pul var idi, qoydu bizə sonra gecə saat 1-də keçmiş yoldaşı Rübabə gəldi, həmin sellofan pulu apardı. Dedim nəsə olub, dedi dostum hadisə törədib onunla əlaqədar gedirəm bölməyə. Maşında Namiqlə bir yerdə idi. Bir az sonra polisdən çağırdılar ki, xalan oğlu Mustafa adam öldürüb. Həmin gün axşam saat 8-də Mustafa mənimlə mənə məxsus avtoyuma məntəqəsinə gəldi, "Fiat Double" avtomobili ilə, sellofanda olan pulu verdi mənə, dedi əmanətdir, sonra çıxdı getdi. Gedəndə dedi məni soruşan olsa de ki, iftarda sizdə olmuşam". 

Zərərçəkən şəxsin hüquqi varisi Elnarə Bəkirova: "Cinayətin törədilməsində birbaşa xalası oğlu İsmayılın rolu var, bunu bilin". 

Qeyd edək ki, İsmayıl ilk dəfə polisə belə ifadə verib: "Mustafanı həmin gecə görməmişəm. Sonra biləndə ki, Mustafa adam öldürüb, açıb deyib ki, o gecə bizdə olub". 

İsmayılın ibtidai istintaqdakı ifadəsi ilə hazırda verdiyi ifadələrində ziddiyyət olduğundan hakim onun ilkin ifadəsini elan edib. Məlum olub ki, həmin gecə Mustafa ilə Rübabə İsmayılın evində görüşüblər. Sonra Rübabə selofanda olan pulu götürüb aparıb. Hətta İsmayıldan pul görsənməmək üçün rəngli sellofan istəyib. 

İfadənin elan olunmasından sonra zərərçəkən şəxsin nümayəndəsi şahidə bəzi suallar ünvanlayıb. Sual-cavab nəticəsində məlum olub ki, İsmayıl Mustafanın ona dediyi sözləri ibtidai istintaqa təhrif edərək deyib. 

Hakim şahid ifadəsindən sonra məhkəmə prosesini 12 dekabr tarixinə kimi təxirə saldı. 

Mustafa Zeynalov və Namiq Əliyevə Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.6, 120.2.11 (bir qrup şəxs tərəfindən başqa cinayəti gizlətmək və quldurluğla əlaqədar xüsusi amansızlıqla adam öldürmə), 181.3.2 və 181.3.3-cü (külli miqdarda əmlak əldə etmək və zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla quldurluq) maddələri ilə ittiham verilib.

Mustafa Zeynalov uzun illər polis orqanlarında işləyib. O, 20 il əvvəl rüşvət almaqda təqsirli bilinərək həbs olunub, 5 il azadlıqdan məhrum edilib. Namiq Əliyev isə bankda çalışıb.

Seymur Əli


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:32
embedMənbə:https://unikal.az
archiveBu xəbər 28 Noyabr 2024 17:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Paşinyanın “Atəşkəsi pozmaqda heç bir məqsədimiz yoxdur” açıqlamasının PƏRDƏARXASI: İrəvan nəyə nail olmağa çalışır? KONKRET

15 Aprel 2025 18:32see180

Ukraynada sülhə mane olanların adları açıqlandı

16 Aprel 2025 01:09see135

Yusif İldırımzadə tutduğu vəzifədən azad edildi

16 Aprel 2025 03:26see128

Xeyrımlı sakini: Əlimin zəhməti ilə tikdiyim ev indi mənə gözdağıdır

16 Aprel 2025 01:38see127

12 ton saxta spirtli içki ələ keçirildi

15 Aprel 2025 15:55see125

Manatın məzənnəsi qalxacaq? Rəsmi açıqlama

16 Aprel 2025 00:13see123

Ana 3 oğlunu 2 həftə hamamda ac saxladı

15 Aprel 2025 14:23see122

Zelenski danışıqları müsbət qiymətləndirib: Görüş davam edəcək

15 Aprel 2025 20:14see122

Əvəz Zeynallı cəzadan azad edilə bilər Vəkil

15 Aprel 2025 18:44see120

Torpaq alanlara şad xəbər: Bələdiyyə “alveri” bitdi!

15 Aprel 2025 21:20see120

Yanğına görə Mərkəzin vəzifəli şəxsi cərimələndi

15 Aprel 2025 13:00see120

Bakıda sərnişin avtobusunun içinə su doldu Video KONKRET

16 Aprel 2025 10:18see118

Azərbaycanda COVID 19 dan ən çox bu tarixdə yoluxma olub RƏSMİ

16 Aprel 2025 03:01see118

Keçmiş baş nazir öz sosial şəbəkəsini yaradır

16 Aprel 2025 00:30see117

“Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri” müsabiqəsinin reqlamenti açıqlanıb

16 Aprel 2025 10:19see117

Ərdoğan: Suriyada sabitliyi pozmaq istəyən öz qarşısında Türkiyəni görəcək

15 Aprel 2025 20:13see116

Süni intellekt bədii yaradıcılığın inkişafında yeni səhifələr açır Əli Abbasov

16 Aprel 2025 18:09see111

Müdafiə və milli təhlükəsizlik xərcləri açıqlandı

16 Aprel 2025 00:19see108

Zelenski ABŞ la faydalı qazıntı yataqlarına dair danışıqları müsbət qiymətləndirib

15 Aprel 2025 19:33see108

Azərbaycan üzgüçülük millisinin məşqçisi: “Çexiyada medal sayı daha çox ola bilərdi

15 Aprel 2025 19:37see108
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri