Müstəqil xarici siyasət və iqtisadi güc: İnkişafın yeni mərhələsi | Icma.az
Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Mahir Süleymanlı Milli Məclisin deputatı Prezident İlham Əliyev yanvarın 20-də Davosda Çinin CGTN (China Global Television Network) telekanalına müsahibəsində ölkəmizin son illər ərzində əldə etdiyi uğurları, beynəlxalq arenada tutduğu mövqeyi və gələcək perspektivləri geniş şərh edib.
Dövlət başçısı vurğulayıb ki, Azərbaycan üçün son illərin ən mühüm nailiyyəti ərazi bütövlüyünün və suverenliyinin tam bərpası oldu: “Biz bunu beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq, BMT Nizamnaməsinə və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq həyata keçirdik.
Demək olar ki, 30 il ərzində bu, bizim milli ideyamız idi və biz hədəfimizə nail olmaq, ədaləti bərpa etmək üçün bütün səylərimizi səfərbər etdik.
Əfsuslar olsun ki, beynəlxalq hüququn normaları işləmədi və beynəlxalq təşkilatlar yardımçı olmadılar.
Çünki çoxsaylı beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qətnamələr, sadəcə, kağız üzərində qalmışdı.
Biz bunu özümüz həll etməli, ədaləti özümüz bərpa etməli olduq...”.
Ölkəmizin ərazi bütövlüyünün bərpası yalnız hərbi-siyasi Qələbə deyil, həm də xalqın milli mənliyi və azadlıq ideallarının təsdiqi idi.
Tam oxu
Xəbəri oxu