Icma.az
close
up
RU
Müstəqil xarici siyasət və iqtisadi güc: İnkişafın yeni mərhələsi

Müstəqil xarici siyasət və iqtisadi güc: İnkişafın yeni mərhələsi

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Mahir Süleymanlı

Milli Məclisin deputatı

Prezident İlham Əliyev yanvarın 20-də Davosda Çinin CGTN (China Global Television Network) telekanalına müsahibəsində ölkəmizin son illər ərzində əldə etdiyi uğurları, beynəlxalq arenada tutduğu mövqeyi və gələcək perspektivləri geniş şərh edib.

Dövlət başçısı vurğulayıb ki, Azərbaycan üçün son illərin ən mühüm nailiyyəti ərazi bütövlüyünün və suverenliyinin tam bərpası oldu: “Biz bunu beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq, BMT Nizamnaməsinə və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq həyata keçirdik. Demək olar ki, 30 il ərzində bu, bizim milli ideyamız idi və biz hədəfimizə nail olmaq, ədaləti bərpa etmək üçün bütün səylərimizi səfərbər etdik. Əfsuslar olsun ki, beynəlxalq hüququn normaları işləmədi və beynəlxalq təşkilatlar yardımçı olmadılar. Çünki çoxsaylı beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qətnamələr, sadəcə, kağız üzərində qalmışdı. Biz bunu özümüz həll etməli, ədaləti özümüz bərpa etməli olduq...”.

Ölkəmizin ərazi bütövlüyünün bərpası yalnız hərbi-siyasi Qələbə deyil, həm də xalqın milli mənliyi və azadlıq ideallarının təsdiqi idi. Bu prosesdə Azərbaycan həm də beynəlxalq hüququn prinsiplərini müdafiə edərək, dünyaya ədalətli bir həll yolunun mümkün olduğunu göstərdi. Lakin beynəlxalq təşkilatların qətnamələrinə əməl olunmaması Azərbaycanın öz qüvvəsi ilə həll yolu tapmasını zəruri etdi. Bu, dünyada beynəlxalq hüququn tətbiqi və təşkilatların effektivliyi ilə bağlı ciddi suallar doğurur.

Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə yanaşı, iqtisadi inkişaf da dövlətimizin uğurlarından biridir. Cənab İlham Əliyevin dediyi kimi, Azərbaycan güclü və özünü təmin edən bir iqtisadiyyat qurub: “Ümumi daxili məhsula (ÜDM) nisbətdə xarici borcun səviyyəsi çox aşağıdır, cəmi 6,9 faizdir. Buna əsaslanaraq biz regionda bağlantılar yaradan genişmiqyaslı layihələr həyata keçirmişik və aid olduğumuz Cənubi Qafqaz və Xəzər regionunda etibarlı mövqe tutmuşuq. Əlbəttə ki, milli maraqlarımızı, həyat tərzimizi və müstəqil siyasətimizi qəti şəkildə müdafiə etmişik və çoxlu uğur qazanmışıq...”.

Bu faktlar ölkəmizin iqtisadi sabitliyini və müstəqil siyasət yürütdüyünü göstərir. İqtisadi uğurlar sayəsində Azərbaycan regionda genişmiqyaslı layihələr həyata keçirə bilmişdir. Dövlətimizin iqtisadi modeli təkcə neft və qaz sektoruna deyil, həm də kənd təsərrüfatı, turizm, logistika və digər sahələrə əsaslanır. Ölkəmizin regionda nəqliyyat və enerji dəhlizləri yaratmaqla həm öz iqtisadiyyatını diversifikasiya etməsi, həm də beynəlxalq ticarətə töhfə verməsi təqdirəlayiqdir. Məsələn, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri, Xəzər regionunda enerji və nəqliyyat layihələri Azərbaycanın regionda etibarlı bir tərəfdaş kimi mövqeyini gücləndirir. Bundan əlavə, Azərbaycanın iqtisadi sabitliyi və az xarici borc səviyyəsi dünya iqtisadi böhranları zamanı ölkəmizin davamlılığını göstərir. Bu, Azərbaycanın gələcək inkişafı üçün möhkəm bir əsas yaradır.

Dövlətin xarici siyasəti qarşılıqlı əməkdaşlıq və heç bir ölkənin daxili işlərinə qarışmamaq prinsiplərinə əsaslanır və bu yanaşma beynəlxalq hüquq normalarına uyğun həyata keçirilir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan 120 ölkəni birləşdirən, BMT Baş Assambleyasından sonra ikinci böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına 4 il ərzində uğurla sədrlik edib. Bu, ölkəmizin beynəlxalq arenada etibarlı bir tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirmiş və Azərbaycanın qlobal məsələlərdə fəal iştirakını nümayiş etdirib.

Bundan əlavə, 2023-cü ildə Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-na ev sahibliyi etməsi beynəlxalq tərəfdaşlarla əməkdaşlığın dərinləşməsinə, həmçinin qlobal problemlərin həllinə töhfə verir. Bu mötəbər tədbir yalnız ekoloji məsələlər üzrə əməkdaşlıq deyil, həm də Azərbaycanın dünya birliyində rolunu gücləndirən bir addımdır.

Dövlət başçısının müsahibəsində xüsusi diqqət yetirdiyi məsələlərdən biri də Azərbaycanın Çinlə strateji tərəfdaşlığıdır. 2024-cü ildə bu dövlətlər arasında strateji tərəfdaşlıq üzrə müvafiq Bəyannamənin qəbul edilməsi ikitərəfli əlaqələrin yeni mərhələyə qədəm qoyduğunu göstərir. Bu tərəfdaşlıq təkcə siyasi və iqtisadi sahələrdə deyil, həm də beynəlxalq təşkilatlarda əməkdaşlığın genişləndirilməsi istiqamətində əhəmiyyətli bir təşəbbüsdür.

Çinlə əməkdaşlıq Azərbaycanın “Bir yol, bir kəmər” kimi qlobal layihələrdə daha fəal iştirak etməsinə şərait yaradır. Bu layihələr ölkəmizin regionda və dünyada nəqliyyat və ticarət marşrutlarında mərkəzi rol oynamasına imkan verir. Bundan əlavə, Çin ilə strateji əlaqələrin genişləndirilməsi Azərbaycanın texnoloji və infrastruktur inkişafında əhəmiyyətli rol oynayır.

Prezident İlham Əliyevin müsahibəsində qeyd etdiyi kimi, bizim hədəfimiz Azərbaycanın dünyanın siyasi və iqtisadi xəritəsində öz yerini tutmasından ibarət idi. Bu məqsədə nail olmaq üçün ölkəmiz həm regionda, həm də qlobal miqyasda sabit və balanslı bir siyasət yürüdür. Azərbaycanın beynəlxalq təşkilatlarda fəal iştirakı, qlobal məsələlərdə təşəbbüskar mövqeyi və regional layihələri bu istiqamətdə atılmış mühüm addımlardır.

Gələcəkdə Azərbaycanın enerji, nəqliyyat, texnologiya və ekologiya sahələrində daha da irəli getməsi gözlənilir. Ölkəmizin regionda və dünyada tərəfdaşlıq imkanlarını genişləndirməsi, həmçinin qlobal məsələlərdə fəal iştirakı Azərbaycanın beynəlxalq arenada mövqeyini daha da gücləndirəcək.

Misilsiz tarix nailiyyətlər dövlətimizin sülh və sabitlik, həmçinin milli maraqların müdafiəsi prinsipləri əsasında qurulan siyasətinin nəticəsidir. Bu uğurlar Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının birlik və həmrəyliyi sayəsində əldə edilmişdir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:74
embedMənbə:https://modern.az
archiveBu xəbər 13 Fevral 2025 14:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see321

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see282

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see253

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see243

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see192

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see191

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see187

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see187

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see151

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see140

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see135

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see134

“Futbolçularımın haqqını verməliyəm” Dambrauskas İdmanXəbər

03 Dekabr 2025 17:55see134

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see132

Neymar və het trik

04 Dekabr 2025 09:17see130

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see130

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see129

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see129

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see124

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri