Müstəqillik dövrü nəsrində | Icma.az
Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.
20 Yanvarın hüzn və qəhrəmanlıq obrazı Müstəqillik dövrü ədəbiyyatında əsas mövzulardan biri də sovet imperiyası və onun millətimizə qarşı törətdiyi genetik soyqırımlardır.
Bu əsərlərdə 70 il gizlədilən, susdurulan həqiqətlər, faciələr, millətin oyanışı və azadlıq yanğısı obrazların həyatı, taleyi fonunda oxuculara çatdırılır.
Fikrət Qoca “Qarlı, qanlı qərənfillər” povestini, epiqrafda da qeyd etdiyi kimi, 20 Yanvar şəhidləri olan, “ötən iki min ilin sonuncu Leyli-Məcnunu”na – İlham və Fərizəyə həsr edib.
Əsərdə meydan hərəkatı, orada iştirak edən insanlar, onların əhvali-ruhiyyəsi, düşüncələri olduqca təbii və ustalıqla yaradılıb.
Povestin həmin hadisələrdən 10 il keçdikdən sonra yazılması da əsərin fabulasına öz təsirini göstərib.
Bunu elə əsərin ilk səhifələrindəki ab-havadan da hiss etmək olur.
Fərizənin ürkək obrazını yaradan yazıçı onun ürəyinə damanları təsvir etməklə oxucunu sənədlərdən bilinən sona hazırlayır: “İndi də 1990-cı ilin 15 yanvar gecəsində mümkün olan yerdə top lüləsi, tank lüləsi, pulemyotlar, avtomatlar şəhərə kor gözlərini zillədiyi vaxtda təzəcə aldıqları evdə Leyli-Məcnun yatmışdı.
Tam oxu
Xəbəri oxu