Bizimyol portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azərbaycanda pensiyaçıların cəmi sayı 1 milyon 95 mindən bir qədər artıqdır. Keçən illə müqayisədə 18 min 269 nəfər azalma var.
İşləyən pensiyaçıların sayında qəribə də olsa, 7 faiz artım var.
İşləməyən pensiyaçıların sayı isə təxminən 30 min nəfərə yaxın azalıb.Bizimyol.info xəbər verir ki, Azərbaycanda pensiyaçıların sayı 6 ildir azalır.
2022-ci illə müqayisədə azalma daha çoxdur, 105 min nəfərə çatır.
Son 6 il ərzində pensiyaçıların ümumi siyahısından 223 min nəfərin adı çıxarılıb.Azərbaycanda ən çox pensiyaçı sayı 2006-cı ildə qeydə alınıb.
Onda say 1,4 milyon nəfərdən bir qədər az olub. Yəni ölkədə hər 7 nəfərdən 1-i pensiya alırmış. Say bizə çox görünməsin.
Məsələn, Yaponiyada əhalinin 29,1 faizi pensiya alır. Almaniyada faiz 27-yə çatır. İtaliya və Finlandiyada göstərici 24 faizi keçir.