Icma.az
close
up
RU
Müstəqillik tarixində bu qədər az pensiyaçı olmayıb: Azərbaycanda say 6 ildir azalmağa davam edir

Müstəqillik tarixində bu qədər az pensiyaçı olmayıb: Azərbaycanda say 6 ildir azalmağa davam edir

Bizimyol portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanda pensiyaçıların cəmi sayı 1 milyon 95 mindən bir qədər artıqdır. Keçən illə müqayisədə 18 min 269 nəfər azalma var. İşləyən pensiyaçıların sayında qəribə də olsa, 7 faiz artım var. İşləməyən pensiyaçıların sayı isə təxminən 30 min nəfərə yaxın azalıb.

Bizimyol.info xəbər verir ki, Azərbaycanda pensiyaçıların sayı 6 ildir azalır. 2022-ci illə müqayisədə azalma daha çoxdur, 105 min nəfərə çatır. Son 6 il ərzində pensiyaçıların ümumi siyahısından 223 min nəfərin adı çıxarılıb.

Azərbaycanda ən çox pensiyaçı sayı 2006-cı ildə qeydə alınıb. Onda say 1,4 milyon nəfərdən bir qədər az olub. Yəni ölkədə hər 7 nəfərdən 1-i pensiya alırmış. Say bizə çox görünməsin. Məsələn, Yaponiyada əhalinin 29,1 faizi pensiya alır. Almaniyada faiz 27-yə çatır. İtaliya və Finlandiyada göstərici 24 faizi keçir. Ümumiyyətlə, Avropa ölkələrinin yarıdan çoxunda əhalinin azı 20 faizi pensiya ala bilir.

Azərbaycanın müstəqillik tarixində bu qədər az pensiyaçı olmayıb. Son 6 ildə azalma sürətinin yalnız artdığını görmək olar. 2018-ci ildə ölkədə 1 milyon 318 min pensiyaçı varmış. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “soyqırımı” bəhrəsini verib. Yəqin ki, növbəti hədəf sayı milyondan aşağı salmaqdır.

Yaşa görə pensiya alanların sayı müstəqillik dövrünün ən aşağı həddinə yaxınlaşır. Belə görünür ki, rəsmi statistikalar uzunömürlülüklə bağlı ictimaiyyətə dəqiq məlumat vermir. Ölkədə cəmi 701 min 637 nəfər yaşa görə pensiya alır. Məsələn, 2010-cu ildə göstərici 858 min nəfərdən çox idi. Ya insanlar çox yaşamır, ya da sağlamlıqları sıradan çıxdığından başqa kateqoriyalar üzrə pensiyaya iddia edirlər. Böyük ehtimalla insanlar daha uzun yaşaya bilmir. Kişilərlə bağlı statistika rəsmi səviyyədə elan olunmuşdu. Məlum olmuşdu ki, bu cinsin nümayəndələrinin 47 faizi 65 yaşına çatmır.

İndi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yürütdüyü siyasət odur ki, mümkün qədər az adama pul verilsin. 2025-ci ildə də siyasətin davam etdiriləcəyi hiss olunur. Halbuki vətəndaş dövlətin daha çox qayğısını görməlidir.

Aytən, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:116
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 25 Dekabr 2024 15:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see336

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see287

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see282

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see270

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see253

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see249

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see232

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see232

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see217

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see217

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see212

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see209

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see208

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see207

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see207

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see207

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see206

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see200

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see190

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri