“Müstəqilliyimizin əleyhinə çıxan qüvvələr var, son hadisələr buna əyani misaldır” Komitə …
Olke.az saytından alınan məlumata görə, Icma.az bildirir. “Azərbaycan 1991-ci ildə formal olaraq dövlət müstəqilliyini bərpa etsə də, həmin
Təbii resurslara, xüsusən də zəngin neft yataqlarına malik olmağımıza baxmayaraq, onların üzərində milli qərarvermə iradəsi formalaşmamışdı.
Əslində, iqtisadi müstəqilliyi əngəlləyən qüvvələr var idi və onlar başa düşürdülər ki, iqtisadi müstəqillik dövlət müstəqilliyinin əsasıdır
Ona görə də müstəqil dövlət olmağımızın əleyhinə çıxırdılar. Bu gün də belə qüvvələr var, son hadisələr buna əyani misaldır.
Məhz ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın tələb və təkidi ilə ikinci dəfə hakimiyyətə qayıdışı ölkədə xaosdan hüquqa, qeyri-müəyyənlikdən institusional idarəetməyə, nizamsızlıqdan dövlət intizamına keçidin başlanğıcı oldu.
Bu qayıdış Azərbaycanın real müstəqilliyinin, o cümlədən iqtisadi suverenliyinin və azad bazar münasibətlərinə əsaslanan inkişaf modelinin təməlini qoydu”.
Ölkə.az xəbər verir ki, bunu Milli Məclisdə keçirilən “Dövlət suverenliyinin iqtisadi əsasları və iqtisadi müstəqillik” mövzusunda elmi-praktik konfransda çıxışı zamanı parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov deyib.
Komitə sədri bildirib ki, ümummilli lider Heydər Əliyev iqtisadi azadlığı ideoloji seçim kimi deyil, milli suverenliyin qorunmasının əsas mexanizmi kimi qəbul edirdi.
Tam oxu
Xəbəri oxu