Icma.az
close
up
RU
“Müstəqilliyimizin əleyhinə çıxan qüvvələr var, son hadisələr buna əyani misaldır” Komitə sədri

“Müstəqilliyimizin əleyhinə çıxan qüvvələr var, son hadisələr buna əyani misaldır” Komitə sədri

Olke.az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Azərbaycan 1991-ci ildə formal olaraq dövlət müstəqilliyini bərpa etsə də, həmin dövrdə bu müstəqilliyin iqtisadi əsasları kifayət qədər möhkəm deyildi. Təbii resurslara, xüsusən də zəngin neft yataqlarına malik olmağımıza baxmayaraq, onların üzərində milli qərarvermə iradəsi formalaşmamışdı. Əslində, iqtisadi müstəqilliyi əngəlləyən qüvvələr var idi və onlar başa düşürdülər ki, iqtisadi müstəqillik dövlət müstəqilliyinin əsasıdır. Ona görə də müstəqil dövlət olmağımızın əleyhinə çıxırdılar. Bu gün də belə qüvvələr var, son hadisələr buna əyani misaldır.

Məhz ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın tələb və təkidi ilə ikinci dəfə hakimiyyətə qayıdışı ölkədə xaosdan hüquqa, qeyri-müəyyənlikdən institusional idarəetməyə, nizamsızlıqdan dövlət intizamına keçidin başlanğıcı oldu. Bu qayıdış Azərbaycanın real müstəqilliyinin, o cümlədən iqtisadi suverenliyinin və azad bazar münasibətlərinə əsaslanan inkişaf modelinin təməlini qoydu”.

Ölkə.az xəbər verir ki, bunu Milli Məclisdə keçirilən “Dövlət suverenliyinin iqtisadi əsasları və iqtisadi müstəqillik” mövzusunda elmi-praktik konfransda çıxışı zamanı parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov deyib.

Komitə sədri bildirib ki, ümummilli lider Heydər Əliyev iqtisadi azadlığı ideoloji seçim kimi deyil, milli suverenliyin qorunmasının əsas mexanizmi kimi qəbul edirdi. “Bu konseptual yanaşmanın ən parlaq təzahürü “Əsrin müqaviləsi” oldu. Həmin müqavilə Azərbaycanın enerji potensialını beynəlxalq kapital və texnologiya ilə birləşdirməklə ölkəmizi qlobal enerji xəritəsinə daxil etdi”, – o vurğulayıb.

Deputat əlavə edib ki, ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə iqtisadi azadlıqlar təkcə bazar münasibətləri deyil, dövlət müstəqilliyinin praktiki təminat forması kimi reallaşdı:

“Bu iqtisadi azadlıqların strateji funksiyaları aşağıdakı kimi müəyyən edilə bilər:

- Siyasi müstəqilliyin iqtisadi təminatı: Dövlətin siyasi qərarvermə səlahiyyətləri iqtisadi dayaqlarla dəstəklənir.

- Enerji sektorunda suveren qərarvermənin əsası: Enerji resurslarının idarə olunması və ixracı ilə bağlı qərarlar milli maraqlar çərçivəsində qəbul edilir.

- Ekoloji siyasətdə məsuliyyətli qərarvermənin zəruriliyi: İqtisadi azadlıq ekoloji standartlar və davamlı inkişaf prinsipləri ilə uzlaşdırılmalıdır.

Əgər bir dövlətin enerji siyasətini beynəlxalq şirkətlər, ekoloji siyasətini isə donor təşkilatlar müəyyənləşdirirsə, həmin dövlət yalnız formal müstəqillik qazanmış olur, lakin onun iqtisadi suverenliyi ciddi şəkildə məhdudlaşır. Azərbaycan Respublikası isə bu riskdən uzaq qalmağı bacarmışdır, çünki ölkədə iqtisadi azadlıq nəzarətsizlik deyil, qanun və institusional qaydalar əsasında formalaşan məsuliyyətli azadlıq prinsipi ilə həyata keçirilir.

Burada xüsusilə qeyd etmək istərdim ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında iqtisadi azadlıqlar anlayışı yeni məzmun aldı. Heydər Əliyev dövlətin bünövrəsini qoydu, cənab İlham Əliyev isə bu bünövrəni modern idarəetmə və strateji çevikliklə inkişaf etdirdi.

Prezidentin enerji siyasəti artıq yalnız neft gəlirləri üzərində qurulmur. O, “Azərbaycan 2030” strategiyasında iqtisadi azadlıqları davamlı inkişaf, yaşıl enerji və innovasiya iqtisadiyyatı ilə birləşdirdi:

- Cənub Qaz Dəhlizi və Bakı–Tbilisi–Ceyhan kimi layihələr milli qərarvermənin suverenliyini qorudu;

- Zəngilan və Kəlbəcərdə bərpa olunan enerji zonaları isə iqtisadi azadlıqları ekoloji məsuliyyətlə birləşdirdi;

- Dövlət Neft Fondunun fəaliyyəti isə neft gəlirlərinin nəsillərarası bərabərlik prinsipinə əsaslanmasını təmin etdi.

Cənab İlham Əliyevin yeni iqtisadi yanaşması ilə iqtisadi azadlıq konsepsiyası dövlət idarəçiliyinin mərkəzi elementinə çevrilmişdir. Bu yanaşmada dövlət yalnız nəzarətçi funksiyasını icra etməklə kifayətlənmir, əksinə, tənzimləyici və təşviqedici rol oynayaraq iqtisadi fəaliyyətin səmərəli və dayanıqlı şəkildə inkişafını təmin edir.

Azərbaycanın enerji sektoru – neft, qaz, alternativ enerji – yalnız ixrac potensialı deyil, həm də geo-iqtisadi müstəqilliyin nüvəsini təşkil edir. Enerji resurslarını sərbəst idarə etmək, gəlirləri müstəqil bölüşdürmək, tərəfdaş seçmək – bunların hamısı iqtisadi azadlığın ifadəsidir. Lakin bu, həm də məsuliyyət azadlığıdır.

Resurslardan düzgün istifadə, bərpa olunan enerjiyə keçid, enerji səmərəliliyinin artırılması – bütün bunlar iqtisadi azadlığın etik ölçüsüdür. Bu baxımdan, ekoloji azadlığa iqtisadi azadlığın təbii davamı kimi baxmaq olar.

Azərbaycanın yaşıl enerji siyasəti – külək, günəş, hidro potensialı – iqtisadi azadlıqları gələcəyə yönəldən strateji düşüncənin nəticəsidir.

Konstitusiya iqtisadi azadlığın canlı çərçivəsini təmin edir. Suveren dövlət o dövlətdir ki, onun iqtisadiyyatı azad, azadlığı isə məsuliyyətli olur”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://olke.az
archiveBu xəbər 22 Oktyabr 2025 12:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see236

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see222

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see215

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see207

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see198

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see195

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see180

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see173

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see164

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see161

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see152

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see149

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see147

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see144

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see143

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see140

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see136

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see132

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see132

Əhaliyə texniki kartof satılır? ARAŞDIRMA

21 Yanvar 2026 03:54see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri