Yeniazerbaycan saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır. Vitamin və mikroelementlər qan yaranmada aktiv iştirak edir.
Bunlardan ən vacibləri isə dəmir elementi, sianokobolamin (vitamin B12) və fol turşusudur (vitamin B9).
Vitaminlərdən hər biri bitki və heyvani mənşəli qidalarda rast gəlinir.
Eyni zamanda, meyvə və tərəvəzlərin öz mövsümünə uyğun olaraq istifadə edilməsi olduqca böyük fərq yaradır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, hematoloq Şəhla Şabanova deyib.
Onun sözlərinə görə, orqanizmdə dəmirin miqdarında azalma, dəmir itkisi və ya qida vasitəsilə qəbulunun azalması nəticəsində qan azlığı (anemiya) izlənilə bilər: “Qırmızı qan hüceyrəsinin əsas funksiyası oksigenin ağciyərdən toxumalara daşımaqdır.
Qan azlığı zamanı bu funksiya tam təmin edilmədiyi üçün toxumaların qidalanma və oksigenizasiyası yetərli olmur.
Bu səbəbdən erkən yorulma, təngnəfəslik, halsızlıq, baş gicəllənmə, ətrafların soyuq olması, ürək döyüntüsünün artması, saçların qırılaraq tökülməsi, ağız bucaqlarında çatların yaranması və digər şikayətlər müşahidə edilə bilər.