Icma.az
close
up
RU
Mütəxəssis: Orqanizmdə dəmirin miqdarının azalması nəticəsində qan azlığı yarana bilər

Mütəxəssis: Orqanizmdə dəmirin miqdarının azalması nəticəsində qan azlığı yarana bilər

Yeniazerbaycan saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Vitamin və mikroelementlər qan yaranmada aktiv iştirak edir. Bunlardan ən vacibləri isə dəmir elementi, sianokobolamin (vitamin B12) və fol turşusudur (vitamin B9). Vitaminlərdən hər biri bitki və heyvani mənşəli qidalarda rast gəlinir. Eyni zamanda, meyvə və tərəvəzlərin öz mövsümünə uyğun olaraq istifadə edilməsi olduqca böyük fərq yaradır.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, hematoloq Şəhla Şabanova deyib.

Onun sözlərinə görə, orqanizmdə dəmirin miqdarında azalma, dəmir itkisi və ya qida vasitəsilə qəbulunun azalması nəticəsində qan azlığı (anemiya) izlənilə bilər: “Qırmızı qan hüceyrəsinin əsas funksiyası oksigenin ağciyərdən toxumalara daşımaqdır. Qan azlığı zamanı bu funksiya tam təmin edilmədiyi üçün toxumaların qidalanma və oksigenizasiyası yetərli olmur. Bu səbəbdən erkən yorulma, təngnəfəslik, halsızlıq, baş gicəllənmə, ətrafların soyuq olması, ürək döyüntüsünün artması, saçların qırılaraq tökülməsi, ağız bucaqlarında çatların yaranması və digər şikayətlər müşahidə edilə bilər. Şikayətlər mütəxəssis həkim tərəfindən dinlənilərək, anemiya müayinəsi ilə tamamlanmalıdır. Müalicə həm medikamentoz, həm də düzgün qidalanma ilə aparılır. Düzgün qidalanma dedikdə, dəmirlə zəngin qida rasionu nəzərdə tutulur”.

Mütəxəssis dəmirlə zəngin qida məhsulları tövsiyə edib: “Əsasən qırmızı ət, yumurta, quru meyvələr, yarpağı tünd olan tərəvəzlər (çuğundur, pazı), orqanik meyvələr, tut bəhməzi, qarabaşaq dəmirlər zəngin hesab olunur. Eyni zamanda, mövsümi meyvə-tərəvəzlər dəmirlə zəngin olsa da, birtərəfli bitki mənşəli qidalanmada yenə də qan azlığı yarada bilər. Bu səbəbdən, həm meyvə-tərəvəz, həm də ət məhsullarından istifadə edilməlidir.

Həmçinin B12 vitaminin çatışmazlığı da qanazlığı yarada bilər. Vitamin B12 və fol turşusu çatışmazlığı zamanı meqaloblastik dediyimiz qan azlığı yaranır. Bundan əlavə, B12 vitamini DNT sintezində, sinir sisteminin doğru işləməsində orqanizm üçün vacib rol oynayır. Onun çatışmazlığı qan azlığı ilə birgə immun sisteminin zəifləməsi, metabolizmada problem, nevroloji və psixoloji dəyişikliklər yarada bilər.

B12 vitamini daha çox heyvani mənşəli qidalarda rast gəlinir. Ət, balıq, yumurta, süd və süd məhsulları bu vitaminlə zəngin qida vasitələridir. Taxıl məhsulları, bitki südləri, soya və badam südü də B12 vitamini ilə zəngin hesab edilir”.

Onun sözlərinə görə, fol turşusu qan yaranmada vacib rol oynayan vitaminlərdəndir. O, DNT sintezində, qırmızı qan hüceyrələrin yaranma və çoxalmasında iştirak edir. Embrional dövrdə ilk yaranan sistemlərdən biri sinir sistemidir ki, fol turşusu sinir sistemi üçün olduqca önəmlidir. Hamiləlik dövründə yetərlı fol turşusunun qəbulu olmazsa, “Spina Bifida” dediyimiz problem, yəni ana bətnindəki dölün onurğa kanalının tam bağlanmaması izlənilir. Məhz bu səbəbdən, hamiləlik planlaşdıran xanımlara hamiləlik öncəsi bir neçə ay və hamiləliyin ilk 3 ayı fol turşusu təyin edilir.

Təbii yolla fol turşusu ilə zəngin yeyəcəklər əsasən bitki tərkibli olur. Kahı, göy soğan, cəfəri, yaşıl lobya, yaşıl mərcini nümunə göstərmək olar.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 27 Yanvar 2025 22:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see263

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see228

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see210

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see205

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see197

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see189

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see182

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see174

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see171

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see162

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see159

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see147

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see142

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see142

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see133

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see132

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see129

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see126

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see126

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri