Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Dietlərlə bağlı sosial təzyiqin insan psixologiyasına təsiri və bunun “diet asılılığı”na çevrilib-çevrilməməsi müzakirə olunur.Bakıvaxtı.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov qurumun “Instagram” hesabında keçirilən canlı yayım zamanı bildirib.Onun sözlərinə görə, kənardan bədən çəkisi ilə bağlı səsləndirilən təzyiq hər zaman birbaşa diet asılılığı yaratmasa da, bu mövzu xüsusilə xanımlar üçün daha aktualdır.
Çünki onlar görünüşlə bağlı sosial təzyiqlərə daha çox məruz qalırlar.Emin Məmmədov qeyd edib ki, diet özü zərərli deyil, lakin diyeta meyilli insanlarda “mental məngənə” deyilən psixoloji döngə yarada bilər: insan arıqladıqda özünü xoşbəxt və uğurlu, çəkisi artdıqda isə uğursuz hesab edir.
Bu isə özünü ittiham etmə davranışını gücləndirir.Mütəxəssis vurğulayıb ki, belə proseslər fonunda anksiyeta, həyəcan və təşviş pozuntuları yarana bilər, insan daha tez qıcıqlanan və emosional olur.
Uzun müddət dietdə qalmaq bəzi hallarda diqqət pozuntusu və işə, dərsə konsentrasiyanın azalması ilə nəticələnir.Qastroenteroloq pasiyent təcrübələrinə də toxunaraq bildirib ki, bəzən insanlar gecə-gündüz yalnız arıqlamaq barədə düşünürlər və bu, dietin sadəcə qidalanma rejimi olmaqdan çıxıb psixoloji tələ halına gəldiyini göstərir.
Belə hallarda təkcə qidalanma məsləhəti deyil, psixoloq və ya nevroloq dəstəyi də vacib ola bilər.Sonda o əlavə edib ki, diet mövzusuna riskli və ehtiyatlı yanaşmaq, xüsusən də sosial təzyiq altında qərar verməmək son dərəcə önəmlidir.Zeynəb Rzayeva Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.