Icma.az
close
up
RU
Mütəxəssis: Sosial təzyiq “diet asılılığı”na gətirib çıxara bilər

Mütəxəssis: Sosial təzyiq “diet asılılığı”na gətirib çıxara bilər

Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Dietlərlə bağlı sosial təzyiqin insan psixologiyasına təsiri və bunun “diet asılılığı”na çevrilib-çevrilməməsi müzakirə olunur.

Bakıvaxtı.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov qurumun “Instagram” hesabında keçirilən canlı yayım zamanı bildirib.

Onun sözlərinə görə, kənardan bədən çəkisi ilə bağlı səsləndirilən təzyiq hər zaman birbaşa diet asılılığı yaratmasa da, bu mövzu xüsusilə xanımlar üçün daha aktualdır. Çünki onlar görünüşlə bağlı sosial təzyiqlərə daha çox məruz qalırlar.

Emin Məmmədov qeyd edib ki, diet özü zərərli deyil, lakin diyeta meyilli insanlarda “mental məngənə” deyilən psixoloji döngə yarada bilər: insan arıqladıqda özünü xoşbəxt və uğurlu, çəkisi artdıqda isə uğursuz hesab edir. Bu isə özünü ittiham etmə davranışını gücləndirir.

Mütəxəssis vurğulayıb ki, belə proseslər fonunda anksiyeta, həyəcan və təşviş pozuntuları yarana bilər, insan daha tez qıcıqlanan və emosional olur. Uzun müddət dietdə qalmaq bəzi hallarda diqqət pozuntusu və işə, dərsə konsentrasiyanın azalması ilə nəticələnir.

Qastroenteroloq pasiyent təcrübələrinə də toxunaraq bildirib ki, bəzən insanlar gecə-gündüz yalnız arıqlamaq barədə düşünürlər və bu, dietin sadəcə qidalanma rejimi olmaqdan çıxıb psixoloji tələ halına gəldiyini göstərir. Belə hallarda təkcə qidalanma məsləhəti deyil, psixoloq və ya nevroloq dəstəyi də vacib ola bilər.

Sonda o əlavə edib ki, diet mövzusuna riskli və ehtiyatlı yanaşmaq, xüsusən də sosial təzyiq altında qərar verməmək son dərəcə önəmlidir.

Zeynəb Rzayeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 21 Yanvar 2026 15:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see402

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see283

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see278

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see272

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see269

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see267

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see265

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see263

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see262

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see261

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see247

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see241

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see239

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see239

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see238

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see237

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see237

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see236

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see235

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see235
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri