Gununsesi saytına istinadən Icma.az xəbər verir. Mütəxəssislər səhər oyandıqdan sonra ən çox istifadə edilən isti və ləzzətli içkilərdən bir
Yuxunu yaxşılaşdıran, canlılıq verən və fiziki performansı artıran qəhvə bəzilərinin vazkeçilməz vərdişinə çevrilib.
Bununla belə, mütəxəssislər səhərlər qəhvənin nə vaxt içilməsi lazım olduğuna dair mühüm xəbərdarlıqlar edir.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, bir çox insan səhər yuxudan duranda ilk iş qəhvə içir.
Dünyada ən çox istifadə edilən isti içkilərdən biri olan qəhvənin orqanizmə bir çox faydası var.
Ancaq səhər oyandıqdan sonra qəhvə içmək bəzi sağlamlıq problemlərinə səbəb ola bilər.
Bath Universitetində Metabolik Fiziologiyadan dərs deyən James Betts səhər tezdən qəhvə içməyin maddələr mübadiləsinə mənfi təsir göstərə biləcəyinə diqqət çəkir.
Səhər yeməyindən əvvəl, xüsusilə də pis yuxudan sonra qəhvə içməyin yüksək qlükoza və insulin reaksiyasına səbəb ola biləcəyini ifadə edən Betts, bunun 2-ci tip diabet və ürək xəstəlikləri riskini artıra biləcəyini söyləyir.